Hit : 383

“Obama İsa Məsihi qovdu, Tramp isə geri qaytardı” – Trampdan gülünc paylaşım (Foto)

“Obama İsa Məsihi qovdu, Tramp isə geri qaytardı” – Trampdan gülünc paylaşım (Foto)

16:31, 29.12.2019

ABŞ prezidenti Donald Tramp öz Twitter hesabında qəribə paylaşım edib.

 

İslaminSesi arabicRT-ə istinadən xəbər verir ki, öz Twitter paylaşımlara qısa müddətlik ara verən Donald Tramp, yeni paylaşımı ilə hər kəsi təəccübləndirib.

 

Tramp paylaşımında sabiq prezident Barak Obamanı gülüc bir məsələdə ittiham edib. O, Barak Obamanı, Həzrəti Məsihi (ə) Amerika torpaqlarından qovmaqda ittiham edib.

 

Tram əlində çamadanlar olan uzun saçlı şəxsin şəkilini paylaşım edib. Şəkilin  üzərində “Obama məni qovdu”, aşağı hissəsində isə “Tramp məni geri çağırdı” ifadələri yazılıb.

 

Paylaşımın sonunda isə “Sənə şükürlər olsun” ifadəsi yer alıb.

 

Şəkilin Həzrət İsa (ə)-a işarə olunduğu düşünülür.

 

Həmçinin xatırladaq ki, Trampın özünü ilahi elçi hesab etməsi ilk dəfə deyil. Hətta ABŞ Dövlət Katibi Mayk Pompeo belə çıxışlarının birində onu ilahi elçi adlandıraraq belə demişdi:

“Rəbb, Trampı İsraili İrandan qorumaq üçün göndərmişdir”

 

 

 

 

DİGƏR XƏBƏRLƏRİ

bütün xəbərlər