ÖLKƏ

Hit : 25

O, üzr istədi və Milli Şuradan istefa verdi

O, üzr istədi və Milli Şuradan istefa verdi

15:00, 21.05.2020

Hüquqşünas Namizəd Səfərov Milli Şuradan istefa verib.

İslaminSesi axar.az-a istinadən xəbər verir ki, bu barədə N.Səfərov Feysbuk hesabında yazıb.

 

O, Milli Şuranın Koordinasiya Mərkəsinin qapalı toplantısında olsa belə, onun üzvüləri tərəfindən səsləndirilmiş ifadələrin cəmiyyət tərəfindən heç cür qəbul edilmədiyini bildirib:


“Milli Şuranın nüfuzuna ağır zərbə dəydi. Milli Şuranın Koordinasiya Mərkəzinin iki üzvü onlara qarşı yönəlmiş hücumlar qarşısında istefa verməyə məcbur oldu. Baş verənlərlə bağlı dərin təəssüf hissi keçirməklə yanaşı, mənim də üzərimə ağır məsuliyyət düşdüyünün fərqindəyəm. Belə ki, uzun müddətdən bəri müxalifətin əsas mübarizə cəbhəsi hesab olunan Milli Şuranın nüfuzuna başqları tərəfindən deyil, özümüz tərəfindən xələl yetirilmişdir. Bir daha qeyd edim ki, baş verənlərlə bağlı dərin təəssüf hissi keçirirəm. Buna görə həm özüm, həm də bəzi dostlarım tərəfindən siyasi apponentlərimizin ünvanına işlədilmiş yolverilməz ifadələrə görə hamıdan üzr istəmək məcburiyyətində qalıram. Milli Şura üzvülərinin Qərb dəyərlərinə münasibətdə milli mənəvi dəyərlərə hörmətsiz yanaşması, ölkənin digər siyasi təşkilat və ictimai-siyasi xadimlərinə qarşı barışmaz münasibət bəsləməsi ilə bağlı ünvanımıza söylənən tənqidi fikir və mülahizələrlə razılaşa bilməsəm də, öz dilimizdən səslənmiş fikir və ifadələrdən müdafiə olunmaq o qədər də asan deyil. Baş verənləri özüm-özümlə dəfələrlə müzakirə edib, günlərlə araşdırmaqla özümə heç cür bəraət qazandıra bilmirəm. Bütün bunları nəzərə alaraq, yaranmış vəziyyətdə fəaliyyətimin Milli Şura tərkibində davam etdirilməsini qeyri-mümkün hesab edərək, Milli Şura tərkibindən istefa verirəm”.

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər