SOSİAL

Hit : 140

Normal bədən çəkisinin hesablanma QAYDASI - Bunu bilirdiniz?

Normal bədən çəkisinin hesablanma QAYDASI - Bunu bilirdiniz?

09:54, 10.08.2019

Artıq çəki son illər hər kəsin, xüsusilə də xanımların ən çox mübarizə apardığı məsələlərdəndir. Arıqlamaq üçün ən müxtəlif üsullar olsa da, sağlam arıqlamaq daha düzgündür.

 

İslaminSesi AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Tibb Universitetinin qidalanma və kommunal gigiyena kafedrasının müdiri İbrahim Əhmədovun dediyinə görə, artıq çəkinin hesablanması üçün bir sıra üsullar var: “Əgər boy 1,70 santimetr, çəki 70 kiloqramdırsa, düzgün çəkini hesablamaq üçün 70 rəqəmi 1,7-nin kvadratına bölünür, alınan rəqəm çəki normasını müəyyən edir. Həmin nisbət 18-dən 25-dək alınanda bunu normal bədən çəkisi hesab etmək olar. Alınan rəqəm 25-29,9 arasında olduqda bu, izafi çəki hesab edilir. Eləcə də 30-34,9 arası birinci, 35-39,9 arası ikinci, 40-dan yuxarı üçüncü dərəcəli piylənmə sayılır. Bədən kütlə indeksinin 18,5-dən aşağı olması çəki azlığı əlamətidir. Kişilərlə eyni boyda olan qadınların çəkisinin 5-8 kiloqram az olması normal hal sayılır”.

 

Kafedra müdiri onu da deyib ki, 60 yaşdan sonra hər on ildən bir çəkinin 5 kiloqram artması lazımdır ki, piy qatı dəri boşalmalarını doldursun.

DİGƏR SOSİAL XƏBƏRLƏRİ

bütün xəbərlər