ARAŞDIRMA

Hit : 40

Nikotinin ən böyük düşmənləri - Qaraciyərinizi belə təmizləyin

Nikotinin ən böyük düşmənləri - Qaraciyərinizi belə təmizləyin

14:44, 05.06.2020

Ürək damar xəstəlikləri, ağciyər narahatlığı, sürətli yaşlanma, dərinin deformasiyaya uğraması, hətta xərçəng - bütün bunlara bir çoxlarının vərdiş halına gətirdiyi siqaret səbəb olub.

Milyonlarla insan siqaretin ziyanından xəbərdar olsa da, nikotin istifadəsini dayandırmır. Hər il onminlərlə insan məhz bu səbəbdən ölür.
Mütəxəssislər isə bəzi qidaların, düzgün qidalanma yolu ilə nikotinin ziyanlı təsinini azalda biləcəyini deyirlər. Bəz bu ziyanlı maddələri bədəndən təmizləmək üçün nə yeyək?
 
Çuğundur
 
Möhtəşəm dəmir və fol qaynağıdır. Qaraciyər üçün mükəmməl bir təmizləyici hesab edilir, qanı təmizləyir. Tərkibindəki birləşmələr xərçənglə mübarizədə kömək edir.
 
 
Zəncəfil
 
Antioksidant tərkibli möcüzəli məhsul olan zəncəfil son bir neçə ildə hər kəsin mətbəxində öz layiqli yerini tutur. Zəncəfil eyni zamanda siqaret istəyini də azaldır.
 
 
Portağal
 
C vitamini mənbəyi olan portağal tərkibindəki maddələr sayəsində qan dəyərlərini artırır və qanı yeniləməyə kömək edir.
 
 
İspanaq
 
Tərkibi dəmir və fol turşusu ilə zəngindir. O tütünün dadını dəyişərək ona olan həvəsi də azaldır.
 
 
Su
 
Bədəndə toplanan toksik maddələri, nikotini təmizləmək üçün ən ideal vasitədir.
 
 
Sarıkök
 
Antioksidant olan sarıkök qaraciyərin əsl dostudur. Bu maddədən bol-bol istifadə edilən Hindistanda xərçəngə tutulma olduqca aşağı səviyyədədir.
 
Brokoli
 
C vitamini ilə zəngin brokolli həm də xərçənglə mübarizə aparan kimyəvi maddələrlə boldur.
 
 
Yerkökü
 
Tərkibindəki A vitamini sayəsində nikotinin dəriyə ziyanını azaldır. 100 qram kök gündəlik A vitamini ehtiyacının 60 faizini qarşılayır. Bundan başqa aparılan araşdırmalar hər gün bir kök yeməyin ağciyər xərçəngi riskini yarıbayarı azaltdığını ortaya çıxarıb.
 
 
Kivi
 
Portağalın iki qatı qədər C vitamininə malikdir. Siqaret çəkənlər nikotin səbəbli A, C və E vitamini itkisi ilə üzləşirlər. Bunun üçün də bu vərdişə sahib insanların gündəlik rasionlarında kivi mütləq olmalıdır.
 
 
Balqabaq
 
Beta karotenlə zəngindir. A vitamini ehtiyacının 35 faizini qarşılayır.
 
Qırmızı kələm
 
Xərçəngin əsas düşmənlərindən biridir. Bədəndəki zərərli radikalları atmağa kömək edir. Dəmir, kalsium, maqneziumla boldur. /bakupost.az/
 

DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

bütün xəbərlər