DÜNYA

Hit : 61

Nigeriya İslam Hərəkatının 91 üzvü bəraət qazandı

Nigeriya İslam Hərəkatının 91 üzvü bəraət qazandı

21:08, 25.02.2020

Nigeriyadakı Kaduna Dövlət Ali Məhkəməsi bu ölkədə şiələrin dini lideri Şeyx İbrahim Yəqib Zəkzəkinin baş katibi olduğu Nigeriya İslam Hərəkatının (İMN) 91 üzvünə bəraət verib.

İslaminSesi bildirir ki, İQNA-nın "İslamicmovement " informasiya portalına istinadla verdiyi məlumatına görə, Nigeriyadakı Kaduna Dövlət Ali Məhkəməsi Şeyx Zəkzəkinin baş katibi olduğu Nigeriya İslam Hərəkatının (İMN) 91 üzvünə bəraət verib.  

 

İMN-nin 91 üzvünün Kaduna Ali Məhkəməsinin hakimi tərəfindən bəraət edilməsindən sonra, vəkil Brestel Maksvell Keon Kaduna əyaləti hökumətindən 21 fevralda onlara təzminat verilməsini istəyib.  
 
“Bir çoxları işlərini itirdilər, bəziləri dövlət qurumlarında işləməkdən məhrum oldular və hətta ailələri bir çox problemlə üzləşdi. Hökumət bizimlə əməkdaşlıq etməli və 4 ildir həbsdə olanlara təzminat ödəməyi düşünməlidir”, - deyə Keon mətbuat konfransında bildirib.  
 
Qeyd edək ki, Nigeriya xalqı həbsdən azad olan İMN fəallarını qəhrəman kimi qarşılayıb.

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər