DÜNYA

Hit : 29

"Nigeriya İslam Hərəkatı" Fələstinin müdafiəsinə qalxdı

12:57, 16.05.2020

"Nigeriya İslam Hərəkatı" işğalçı İsrail rejiminin son ilhaq və işğal planına münasibət bildirib.

İslaminSesi-nin eastnews.org-a istinadən məlumatına görə, hərəkatdan verilən açıqlamada işğalçı İsrail rejiminin ABŞ-ın dəstəyi ilə belə yollara əl atdığı vurğulanır. 

 

"Biz Fələstin xalqının yanındayıq. İşğalçılar nə qədər istəsələr də sonda məğlub olacaqlar", - deyə hərəkat diqqətə çatdırıb.


Xatırladaq ki, "Nigeriya İslam Hərəkatı" lideri Şeyx İbrahim Zəkzaki 2015-ci ildə ordu qüvvələri tərəfindən saxlanılıb və sonradan məhkəmə hökmü ilə həbs olunub.


Bir çox ekspert və insan haqları təşkilatı Şeyx Zəkzakinin həbsinin sifarişinin İsrail rejimi tərəfindən verildiyini qeyd ediblər.

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər