SİYASƏT

Hit : 387

Netanyahu Bəhreyn və BƏƏ-yə dəstəklərinə görə minnətdarlıq bildirdi

Netanyahu Bəhreyn və BƏƏ-yə dəstəklərinə görə minnətdarlıq bildirdi

16:34, 03.09.2019

İsrail baş naziri Benyamin Netanyahu Bəhreyn və BƏƏ xarici işlər nazirlərinə Hizbullaha qarşı İsrailə yardım etmələrinə görə minnətdarlığ bildirib.

 

“İslaminSesi” xəbər verir ki, Netanyahu bu məmmunluğu “İsrail bil-ərəbiyyə” Tvitter səhifəsində yazıb.

 

Netanyahu səhifədə Bəhreynin xarici işlər naziri Xalid bin Əhməd Əl Xəlifəyə və BƏƏ-nin xarici işlər naziri Ənvar Qarqaşa, Hizbullahın həyata keçirdiyi Avivim əməliyyatında İsrailin yanında olduğları üçün minnətdarlığ edib.

 

Bu iki ərəb ölkəsini tərif edən Netanyahu Livan hökümətini Hizbullaha şərait yaratdığı üçün tənqid edib və ərəbləri İran düşmənçiliyinə çağırıb.

 

Xatırladaq ki, Bəhreyn və BƏƏ həm ərəb, həm müsəlman olmalarına baxmayaraq İsrailin müsəlman, ərəb Fələstin torpaqlarını işğal etməsinə, üstəlik silahsız fələstinlilərin qətl edilib həbs olunmasına nəinki göz yumur, üstəlik bu işdə İsraili dəstəkləyirlər. Bununla yanaşı illərdir İsrailin Fələstin, Suriya, Livan torpaqlarını işğal etməsinə, insanları həbs edib işgəncə etməsinə susan Bəhreyn və BƏƏ, Hizbullahın İsrailə məxsus bir zirehli texnikasını vurmasını dərhal pisləyiblər. Netanyahu da bu münasibətlərinə görə iki ölkə rəsmilərini alqışlayıb. 

 

 

 

 

DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

bütün xəbərlər