SİYASƏT

Hit : 131

“Nefti tərs çevirər, iki boru xəttini müsadirə edərəm” – Lukaşenko Kremli hədələdi

“Nefti tərs çevirər, iki boru xəttini müsadirə edərəm” – Lukaşenko Kremli hədələdi

12:13, 25.12.2019

Energetika sahəsində Rusiya ilə razılaşmaların olmaması halında Minsk Belorusa neft Polşa ərazisindən daşıya və “Dostluq” neft kəmərinin iki boru xəttini müsadirə edə bilər.

İslaminSesi xəbər verir ki, Kremlin ünvanına bu hədələyici bəyanatla Belorus prezidenti Aleksandr Lukaşneko çıxış edib. Lukaşenko Rusiya neftinə alternativlər axtardığını və bunu Moskvadan gizlətmədiyini deyib.

 

“Nefti tərsinə çevirərik. Mən bacararam. Ən ucuz marşrut Polşadandır. Qdanskdan gələn boru ilə ya Səudiyyə, ya da amerikan neftini götürməyi təklif edirlər” – Lukaşenko “Exo Moskvı” radiosuna müsahibəsində deyib.

 

Lukaşenko Belorus ərazisində “Dostluq” neft kəmərinin üç boru xəttinin keçdiyini xatırladıb:

 

“İlk mərhələdə bir boru xəttini götürürəm və neftayırma zavodlarına yönəldirəm. İkinci mərhələdə nefti götürürəm və emal edirəm. İşlər normal gedərsə, ikinci boru xəttini tərs çevirirəm”.

 

Qeyd edək ki, Moskva “Dostluq” kəməri ilə Qərbə hər il 70 milyon ton neft daşıyır. İki boru xəttinin müsadirəsi halında Rusiya cəmi 20 milyon ton neft ötürə bilər. 

Cümə günü Rusiya və Belorusun iqtisadi inkişaf nazirlərinin apardığı danışıqlardan sonra rus nazir Maksim Oreşkin iki ölkənin inteqrasiyası üzrə yekun danışıqların üç qrup məsələləri blokladığını demişdi – neft, qaz və vergi./Avropa.info/

DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

bütün xəbərlər