İDMAN

Hit : 780

“Neftçi” növbəti qələbəsi ilə liderliyini qoruyub

“Neftçi” növbəti qələbəsi ilə liderliyini qoruyub

21:00, 03.11.2018

Bu gün Azərbaycan Premyer Liqasının 10-cu turuna start verilib.

 

İslaminSesi Modern.az-a istinadən xəbər verir ki, turun açılış oyununda “ASK Arena”da lider “Neftçi” klubu “Keşlə”nin qonağı olub. Görüş "flaqman"ın minimal hesabla qələbəsi ilə başa çatıb - 1:0. Oyunda yeganə qolu 2-ci dəqiqədə Mirabdulla Abbasov qapıdan keçirib. O, Dario Frederikonun ötürməsindən sonra oyunun taleyini həll edən qolu vurub. Bu gənc hücumçunun Premyer Liqada vurduğu dördüncü qolu olub.

 

Birinci dövrədə bu komandalar arasındakı ilk görüş “flaqman”ın qələbəsi ilə başa çatmışdı – 2:0.

 

Bu qələbədən sonra “Neftçi” xallarını 25-ə çatdıraraq turnir cədvəlində liderliyi qoruyub. "Keşlə" isə 6 xalla yeddinci yerdədir.

 

"Neftçi"nin əsas rəqibi "Qarabağ" noyabrın 4-də "Sumqayıt" komandasını qəbul edəcək.

DİGƏR İDMAN XƏBƏRLƏRİ

bütün xəbərlər