ÖLKƏ

Hit : 103

Naxçıvan Ali Məclisinə yeni sədr seçiləcək - QƏRAR

Naxçıvan Ali Məclisinə yeni sədr seçiləcək - QƏRAR

12:00, 22.02.2020

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qurumun sessiyasının çağırılması barədə müvafiq qərar imzalayıb.

 

İslaminSesi xəbər verir ki, qərara əsasən, altıncı çağırış Naxçıvan Ali Məclisinin birinci sessiyası bu ilin fevral ayının 24-ü saat 11:00-a təyin olunub. 

 

Sessiyanın gündəliyinə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin seçilməsi, Ali Məclis Sədrinin müavinlərinin seçilməsi, Ali Məclisinin komitə sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçilməsi məsələləri daxil edilib.  

 

İclasda Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsinin icrasının təsdiq edilməsi məsələsinə də baxılacaq.

 

Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunublar.

 

Toplantı Naxçıvan şəhərində keçiriləcək.

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər