SİYASƏT

Hit : 78

NATO daxilində GƏRGİNLİK - Yunanıstan Türkiyəyə qarşı Trampdan dəstək istəyir

NATO daxilində GƏRGİNLİK - Yunanıstan Türkiyəyə qarşı Trampdan dəstək istəyir

20:29, 05.10.2019

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Türkiyəyə qarşı ABŞ-dan yardım istəyib.

 

İslaminSesi.info xarici KİV-ə istinadən xəbər verir ki, yardım istəyi Mayk Pompeonun oktyabrın 4-dən 6-na qədər Yunanıstana davam edəcək səfəri zamanı istənilib. Amma amerikalı diplomat bu sözlərə heç bir reaksiya verməyib.

“Türkiyə Yunanıstan və Kiprə qarşı beynəlxalq hüquq normalarını kobud pozur. Beynəlxalq normaların icrasını tələb edirik. ABŞ-dan regionda pozitiv və konstuktiv gündəm yaradacağını gözləyirəm”- deyə Mitsotakis deyib.

 

Yunanıstanla Türkiyə arasında gərginlik rəsmi Ankaranın yunan Kiprinin iqtisadi zonasında qaz yataqlarının kəşfiyyatını aparmasıdır. Avropa İttifaqı bu məsələyə görə Türkiyəyə sanksiya tətbiq etməyi düşünür. Rəsmi Ankara isə kəşfiyyat-qazıntı işləri aparmaq üçün türk Kiprinin razılığını aldığını bəyan edib.

 

Xatırladaq ki, Yunanıatan və Türkiyə NATO-nun üzvüdür.modern.az

DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

bütün xəbərlər