ÖLKƏ

Hit : 1062

Nardaranda faciə: iki azyaşlı bacı, iki bacı-qardaş dənizdə boğuldu - Yenilənib

Nardaranda faciə: iki azyaşlı bacı, iki bacı-qardaş dənizdə boğuldu - Yenilənib

20:20, 10.08.2019

Nardaranda dənizdə 4 uşaq batıb.

 

"İslaminSesi"  APA-ya istinadən xəbər verir ki, batan uşaqlar 8-10 yaş arasındadır.

Batanlardan üçünün meyiti çıxarılıb, birinin axtarışları davam edir. 

Qeyd edək ki, hadisə qeyri-çimərlik ərazidə baş verib.

 

*******************************

 

 Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Məlumata görə,  nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində, dənizdə 2007-ci il təvəllüdlü Cəfərova Mənsumə Əsəd qızının, 2008-ci il təvəllüdlü Cəfərov Əlirza Əsəd oğlunun, 2011-ci il təvəllüdlü Cəfərzadə Leyla Ramin qızının və 2009-cu il təvəllüdlü Cəfərzadə Zeynəb Ramin qızının batması barədə məlumat daxil olub.

M.Cəfərovanın, Ə.Cəfərovun və L.Cəfərzadənin cəsədləri Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Z.Cəfərzadənin axtarışları davam etdirilir. Əlavə məlumat veriləcək.

 

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər