ÖLKƏ

Hit : 122

Müxalif gənclərin lideri:

Müxalif gənclərin lideri: "Əli Kərimli xalqı dolayır"

20:23, 19.09.2019

Müxalif inqilabçı gənclərin liderlərindən biri, NİDA üzvü və keçmiş siyasi məhbus İlkin Rüstəmzadə AXCP sədri Əli Kərimlini hakimiyyətə qarşı güzəştli siyasət yürütməkdə ittiham edib.

 

İslaminSesinin Virtualaz.org- a istinadən məlumatına görə, İlkin Rüstəmzadə Facebook səhifəsində Əli Kərimlinin icazə gözlədiyini əsas gətirərək vəd olunan mitinqdən yayındığını bildirib.

 

“Əli Kərimliyə müraciət edirəm: Yetər, bu insanları doladınız? İcazəli mitinq nədir? Basın çıxın meydana!”- deyə İlkin Rüstəmzadə yazıb.

 

Qeyd edək ki, müxalifət sentyabrın 28-də mitinq keçirməyi planlaşdırmışdı. Lakin bununla bağlı son qərar hələ də qəbul edilməyib.

 

İlkin Rüstəmzadənin açıqlaması Əli Kərimlinin tərəfdarları ilə digər müxalifət üzvləri arasında qarşıdurmaya və qızğın mübahisələrə səbəb olub.

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər