ÖLKƏ

Hit : 39

Müsavat funsksionerləri polisə çağırıldı

Müsavat funsksionerləri polisə çağırıldı

14:50, 08.11.2019

Müsavat Partiyasının İcra aparatının rəhbəri Gülağa Aslanlı, partiya sədrinin müavini Səxavət Soltanlı, başqanın müşavirləri Cahangir Əmirxanlı, Azər İsmayıl və digər partiya funksionerləri polisə çağırılıb.

 

İslaminSesi Modern.az  - a istinadən xəbər verir ki, bu barədə Müsavat başqanı Arif Hacılı məlumat verib.

 

O bildirib ki, hələlik rəsmi şəkildə açıqlanmasa da, polisin bu addımı noyabrın 12-nə təyin olunmuş piketlə bağlı atdığı ehtimal edilir.

 

Qeyd edək ki, Müsavat Partiyası noyabrın 12-də Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) qarşısına piket təyin edib və bununla bağlı quruma müraciət edib. BŞİH piketə razılıq verməyib. Bundan sonra Müsavat partiyası noyabr ayın 12-də BŞİH-nın qarşısında razılaşdırılmamış aksiya keçirəcəklərini elan edib

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər