MÖVQE

Hit : 65

“Müharibə qaçılmazdır və biz buna hazır olmalıyıq”

“Müharibə qaçılmazdır və biz buna hazır olmalıyıq”

12:18, 30.05.2020

Tofiq Abbasov: “BMT Fələstin problemini həll edib ki, Qarabağ münaqişəsini də həll etsin?”

Qarabağ probleminin sülh yolu ilə həllinin uzanması məsələnin BMT müstəvisinə çıxarılması, daha doğrusu, vasitəçilik prosesinə adıçəkilən qurumun cəlb edilməsi ilə bağlı təklifləri aktuallaşdırıb. Bəzi siyasilər hesab edir ki, problemin BMT platformasına çıxarılması Minsk qrupunun fəaliyyətsizliyinə cavab olmaqla yanaşı, münaqişənin daha çevik həllinə kömək edə bilər.

 

Moderator.az-a açıqlama verən politoloq Tofiq Abbasov bu qənaəti bölüşmədiyini vurğulayıb:


“Hesab etmirəm ki, problemin BMT müstəvisinə çıxarılması onun həllinə səbəb olacaq. Baxın, məgər BMT Fələstin problemini həll edib? Hansı ki, bu problemin üstündən 70 il keçib. 1947-ci ildən bəri mövcud olan problemin həllində BMT 4 vasitəçidən biridir. Avropa İttifaqı, ABŞ və Rusiya da vasitəçilər sırasındadır. Lakin buna baxmayaraq, BMT bu günə qədər də Fələstin problemini həll etməyib.


İkincisi, unutmaq olmaz ki, Minsk qrupu elə BMT-nin mandatı əsasında fəaliyyət göstərir.


Hazırda münaqişə bölgəsində vəziyyət çox gərgindir. Biz indi ancaq təlimlərimizi gücləndirməklə döyüşə hazır olmalıyıq. Sizi inadırıram ki, bu döyüş qaçılmazdır. Ona görə də hazırlığımızı gücləndirməli, bu yöndə ata biləcəyimiz bütün addımları atmalıyıq”.

DİGƏR MÖVQE XƏBƏRLƏRİ

bütün xəbərlər