ÖLKƏ

Hit : 59

MSK: “13 məntəqənin ləğvi barədə hüquqi əsas var”

MSK: “13 məntəqənin ləğvi barədə hüquqi əsas var”

20:09, 25.02.2020

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən iclasında seçkilərin ümumi yekunlarına dair protokolu müzakirə edilib.

İslaminSesi Modern.az-a istinadən xəbər verir ki, MSK seçkilərin yekunlarının yoxlanılması və təsdiqlənməsi üçün DSK protokollarının, əlavə sənədlərin Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə müzakirələr aparılıb. MSK katibi Arifə Muxtarova bildirib ki, yoxlamalar aparılarkən bir sıra məntəqələrin ləğvi barədə hüquqi əsaslar yaranıb.

 

Bu məntəqələr 11 saylı Qaradağ seçki dairəsinin 5 saylı seçki məntəqəsi, 54 saylı Şabran-Siyazən seçki daiərsi üzrə 12, 19, 45, 61, 91 Ucar seçki dairəsi üzrə 8, 13, 20, 101 saylı Göygöl-Daşkəsən seçki dairəsi üzrə 3, 6, 24, 32 saylı, 124 saylı Şuşa-Ağdam- Xocalı-Xocavənd seçki dairəsi üzrə isə 66 saylı seçki məntəqələridir.

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər