DÜNYA

Hit : 94

 Moldova

Moldova "Xocalıya ədalət" şüarı altında fleş-mob keçirildi - FOTOLAR

22:50, 25.02.2020

Fevralın 25-də Moldovanın Kişinev şəhərində azərbaycan diasporunun nümayəndələri tərəfindən Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı "Xocalıya ədalət" şüarı altında fleş-mob keçirilib.

Modern.az  xəbər verir ki, yürüşdə Moldovanın ayrı-ayrı şəhərlərindən soydaşlarımız iştirak edib.
Aksiya iştirakçıları əllərində Xocalı faciəsini əks etdirən plakatlar, Azərbaycanın bayraqları ilə Kişinyovun mərkəzi Ştefan Çel Mare küçəsindən Ermənistan Səfirliyinə qədər yürüş ediblər. Yol boyu şəhər sakinlərinə iştirakçılar tərəfindən Xocalı faciəsinə aid məlumatlandırıcı bukletlər paylanılıb. Daha sonra yürüş Moldovada BMT-nin və ATƏT-in ofislərinin önündə mitinqlə davam edib. İştirakçılar tərəfindən Xocalı faciəsini tanımaq tələbləri ilə bəyannamələr oxunub.

Tədbir yerli KİV-də geniş işiqlandırılıb.

 

 

 

 

 

 

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər