SİYASƏT

Hit : 128

Misirdə türk serialları haqda ŞOK fətva: Ərdoğanın niyyəti...

Misirdə türk serialları haqda ŞOK fətva: Ərdoğanın niyyəti...

13:19, 10.02.2020

Misirdə ölkənin rəsmi və ən böyük fitva orqanı olan Ali Fitva Şurası diqqət çəkən açıqlama yayıb.

Şura türk seriallarının heç bir şəkildə izlənilməməsi gərəkdiyini bildirib. Qurum həmçinin “Diriliş Ərtoğrul” və “Qurdlar vadisi” kimi serialların adını çəkərək, Türkiyənin bu seriallar vasitəsilə Yaxın Şərqdə təsirini artırmaq fikrində olduğunu bəyan edib.

 

Açıqlamada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı ifadələrə də yer verilib. Belə ki, şura Ərdoğanın Yaxın Şərqdə Osmanlı hakimiyyətini yenidən canlandırmaq istədiyini iddia edib:


“Ərdoğan bu seriallar vasitəsilə Osmanlının bir zamanlar idarə etdiyi ərəb ölkələrini yenidən nəzarət altına almağa çalışır”.


Qeyd edək ki, daha əvvəl Birləşmiş Ərəb Əmirliklərində türk seriallarının yayımına qadağa qoyulmuşdu./Kult.az/

DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

bütün xəbərlər