İSLAM

Hit : 609

Misilsiz fəziləti olan “Rəğaib gecəsi” və əməlləri

Misilsiz fəziləti olan “Rəğaib gecəsi” və əməlləri

09:19, 27.02.2020

Rəcəb ayı ramazan və şəban ayları ilə birgə 3 mənəviyyat aylarının birincisidir. Bu ayda da zikr və ibadət üçün göstəriş verilmiş xüsusi vaxtlar vardır ki, bunlardan da biri ilk cümə axşamına təsadüf edən "Rəğaib Gecəsi"dir

 

İslaminSesi -  Rəcəb ayının birinci cümə gecəsinə "Leylətul-Rəğaib" - "arzular gecəsi" deyilir. Cümə axşamı günü oruc tutmağın böyük savabı var. Allahın Elçisi Məhəmməd Peyğəmbər  (s) buyurur: "Rəcəb ayının ilk cümə gecəsindən qafil olmayın, mələklər həmin gecəyə "arzular gecəsi" deyərlər".

 

Bu günün savabını qazanmaq üçün həftənin dördüncü günü oruc tutulur, cümə gecəsi Şam və İşa namazları arasında on iki rükət (altı dəfə iki rükətli namaz) namaz qılnır. Hər rükətdə "Fatihə" surəsindən sonra 3 dəfə "Qədr" və 12 dəfə "İxlas" surəsini oxunmalıdır.

 

Namazdan sonra bu zikr yetmiş dəfə oxunmalıdır: "Əllahummə səlli əla Muhəmmədin ən-nəbiyyil ummiyyi və alihi".

 

اللّهُمَ صَلِ عَلى مُحَمَّد النَّبىِّ ءومىيى وَ عَلى آلِهِ

 

Sonra səcdə etməli və səcdədə yetmiş dəfə bu zikri deməlidir: "Subbuhun Quddus rəbbul məlaikəti vər-ruh".

سُبُوحٌ قُدُوسٌ رَبُّ الْمَلائِکَةِ وَالرُّوحِ

 

Sonra başını səcdədən qaldırmalı və yenidən səcdəyə gedərək bu zikri yetmiş dəfə deməlidir: "Rəbbi iğfir vərhəm və təcavəz əmma tə`ləm (minni), innəkə əntəl əliyyul əzim".

 

رَبِّ اغْفِرْ وَ ارْحَمْ وَ تَجاوَزْ عَمّا تَعْلَمُ، إِنَّکَ أنْتَ العَلىُّ الْأعْظَمُ

 

Bu dəfə də başını səcdədən götürməli və yenidən səcdəyə gedərək bu zikri yetmiş dəfə deməlidir: "Subbuhun Quddus rəbbul məlaikəti vər-ruh"

سُبُوحٌ قُدُوسٌ رَبُّ الْمَلائِکَةِ وَالرُّوحِ

DİGƏR İSLAM XƏBƏRLƏRİ

bütün xəbərlər