ÖLKƏ

Hit : 485

Mirşahin Ağayev illər sonra öz fikrini inkar etdi — VİDEO

Mirşahin Ağayev illər sonra öz fikrini inkar etdi — VİDEO

21:44, 10.12.2019

Xəbər verdiyimiz kimi, “REAL Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (REAL TV) baş direktoru Mirşahin Ağayev “102 FM tezliyinin Çingiz Mustafayevin adına heç bir aidiyyəti olmadığını bildirib.

Tanınmış jurnalist, 102,0 FM radio tezliyinin Milli Qəhrəman Çingiz Mustafayevin adını əks etdirmədiyini, "ÇM"-in  Частотная Mодуляция (tezlik modulyasiyası) ifadə etdiyini qeyd edib.

 

Xatırladaq ki, ANS telekanalında M.Ağayev illər öncə ANS ÇM radiostansiyasının Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adını daşıdığını xüsusi vurğulamışdı. Bu gün isə o, “102 FM tezliyinin Çingiz Mustafayevin adına heç bir aidiyyəti olmadığını dilə gətirir. Hər iki fikri tutuşduranda, M.Ağayevin özünü təkzib etdiyi üzə çıxır.

(Demokrat.az)

İllər öncə efirə gedən həmin kadrları və digər məqamları diqqətinizə çatdırırıq:

 

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər