SİYASƏT

Hit : 377

Minsk Qrupunun vasitəçiliyi Qarabağ probleminin həllinə mane olmaq üçündür

Minsk Qrupunun vasitəçiliyi Qarabağ probleminin həllinə mane olmaq üçündür

15:33, 12.09.2019

Bu öküzlərin vasitəçilikləri bizə lazım deyil, otlamaq üçün Avropada Qarabağdan daha yaxşı çəmənliklər var.

“ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzərində çalışır və biz də bu prosesdə vasitəçilik edirik. Lakin təbii ki, istənilən münaqişənin həlli tərəflərdən asılıdır”.

 

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ATƏT Parlament Assambleyasının prezidenti Giorgi Tsereteli Ermənistanın Gürcüstandakı səfiri Ruben Sadoyanla keçirdiyi görüşdə bildirib.

 

O deyib ki, münaqişənin həlli üçün siyasi iradə tələb olunur: “İstər Rusiya-Gürcüstan, istərsə də Dağlıq Qarabağ münaqişəsi regionun ümumi inkişafına mane olur. Buna görə də əsas vəzifə bu münaqişələrin həlli üçün mümkün olan hər şeyi etməkdir. Bu istiqamətdə dəstək tələb olunur və ATƏT bu prosesdə fəal iştirak edir”.

 

Göründüyü kimi, bütövlükdə ATƏT də, onun Minsk Qrupu da, Parlament Assambleyası da 30 ildir bizi barmağına, lap elə istədikləri yerlərinə dolamaqda davam edir.

 

Əlbəttə, SSRİ-ni varisi kimi problemin bünövrəsini qoyan Rusiyanı başa düşdük, bəs digər iki həmsədr dövlət – ABŞ və Fransa nizamlanmasl üçün vasitəçilik etdikləri münaqişənin həlli ilə bağlı hansı ədalətli mövqe ortaya qoyub? Ümumiyyətlə qoyubmu? Yox, doğrudan da qoyublar. Münaqişə yaranandan, daha doğrusu, süni surətdə yaradılandan bu yana təcavüzkarla təcavüzə məruz qalanı ən yaxşı halda eyniləşdiriblər. Pis və ən pis halda Azərbaycanı təslimçi sülhə çağırıblar. 

 

Xatırladaq ki, hələ münaqişə yeni başlayanda ABŞ Azərbaycana yardımı qadağan edən bədnam “907-ci düzəlişi” tətbiq etdiyi halda, separatçı quruma – qondarma “DQR”-ə ilbəil maliyyə yardımı ayırdı. Və bununla da təcavüzü davam etdirmək, işğalçılıq siyasətini yürütmək üçün Ermənistana stimul verdi, “arxanda dayanmışam” mesajını ötürdü. Beləliklə də münaqişəni arzu etdiyi qlobal problemə çevirdi. Vaşinqtonun həmin siyasəti hələ də davam etməkdədir. Belə vasitəçilik olarmı? Olmaz!

 

Digər həmsədr dövlət olan Fransanın mövqeyinin isə ermənipərəst olduğunu sübut etməyə ehtiyac yoxdur. Çünki bunu rəsmi Parisin özü dəfələrlə sübut edib. Fransa parlamenti üzvlərinin dəfələrlə Azərbaycanın başı üzərindən qanunsuz olaraq işğal altındakı torpaqlarımıza səfər etmələri, qondarma qurumun rəhbərləri ilə görüşmələri, dünən baş tutan sonuncu səfər zamanı hətta Xankəndində “Fransa-Artsax” dostluq rəmzi ucaltmaları, bu rəmzin təsadüfən “Azadlıq” parkında açılmadığını bildirmələri, Qarabağdakı ermənilərin “azadlıq uğrunda” mübarizəsindən danışmaları ermənipərəstlik deyilsə, nədir?    

 

Qeyri-rəsmiləri hələlik qoyaq bir tərəfə, bəs rəsmilərin bu mövqeyini necə başa düşək? Belə mövqe qondarma qurumun rəsmən tanınmasından başqa bir şey deyil. Bunun üçün kağız parçasına nəsə yazıb möhür vurmağa ehtiyac yoxdur.

 

Bəli, hər üç vasitəçi bizdən güzəşt istəyir və məsələni belə qoyurlar ki, əsas olan tərəflərin razılığa gəlməsidir, qalanını biz həll edərik.

 

Görəsən, hansı güzəştdən söhbət gedir? Qarabağla birgə BMT-yə üzv olan Azərbaycandan nə kimi güzəşt gözləyirlər? Biz onsuz da 30 ildir güzəşt edirik. Bu müddət ərzində separatçıları məhv etmək, torpaqlarımızı işğaldan qurtarmaq üçün müharibəyə başlamamağımızın özü ən böyük güzəştdir. Bir də ki, tərəflər razılığa gələcəklərsə, bu öküzlərin vasitəçilikləri kimə lazımdır? Otlamaq üçün Avropada Qarabağdan daha yaxşı çəmənliklər var. Amma yox, problemin həllinə, tərəflərin razılığa gəlmələrinə mane olmaq üçün onların vasitəçiliyi lazımdır...

/İslaminSesi/

DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

bütün xəbərlər