DÜNYA

Hit : 624

Milyardlara dollara başa gələn

Milyardlara dollara başa gələn "Patriot"lar harada idi? - Pentaqondan izahat tələb olundu

13:50, 18.01.2020

ABŞ-ın Yaxın Şərqdəki raket əleyhinə müdafiə sisteminin hərəkətsizliyinin səbəbləri haqda Pentaqondan izahat istənilib

İslaminSesi avia.pro nəşrinə istinadən xəbər verir ki, Amerika təşkilatı olan "Demokratiyanın Müdafiəsi Fondu" ABŞ Müdafiə Nazirliyinin rəhbərliyindən, ölkənin Yaxın Şərqdə yerləşdirilən raketdənmüdafiə sistemlərinin nəyə görə işə yaramadığı barədə izahat tələb edib. 

 

ABŞ-ın sözügedən aparıcı təşkilatına görə, çox böyük xərclər sərf olunan raketdənmüdafiə aktivlərinin Yaxın Şərqdə yerləşdirilməsinin tamamilə faydasız olduğu aşkara çıxdı.


“İran tərəfi ABŞ-ın İraqdakı bazalarına 16 ballistik raket atdı. Amerika qoşunları isə zərbələri yalnız izləyə və gözləyə bildi. ABŞ-ın Ayn Əsəd və Ərbildə bazaları qorumaq üçün kifayət qədər raketdənmüdafiə imkanları olmadığına görə bazalar zərbə altında qaldı. Birləşmiş Ştatlar raketləri izlədi, qoşunlara xəbərdarlıq etdi. Lakin raketlərin işə salındığı anda müdaxilə etmək üçün heç bir variant yox idi" - deyə "Demokratiyanın Müdafiəsi Fondu" qeyd edib.


"Üstəlik, Birləşmiş Ştatlar hələ də İranın nə qədər raket atdığını tam əminliklə deyə bilmir. Əvvəlcə Tehranın 14 ballistik raket atdığı barədə məlumat verildi, daha sonra yalnız 11 raketin olduğu bildirildi. Bu gün Vaşinqtonda deyirlər ki, İran hərbi bazanı 16 ballistik raketlə vurub. Bu isə Birləşmiş Ştatların vəziyyətə nəzarət edə bilmədiyi anlamına gəlir" - təşkilat əlavə edib.

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər