ÖLKƏ

Hit : 69

Milli qəhrəmanları təhqir edənlər necə cəzalandırılmalıdır?..

Milli qəhrəmanları təhqir edənlər necə cəzalandırılmalıdır?..

14:28, 18.10.2019

Artıq elə bir zəmanəyə gəlib çıxmışıq ki, vətən uğrunda canından keçmiş Milli qəhrəmanlara da xoş olmayan sözlər söylənilir. Bəziləri sosial şəbəkələrdə Milli qəhrəmanlar haqqında ağıllarına gələn ifadələr işlədirlər. Ümumiyyətlə, qanunvericilikdə bu cür insanlar necə cəzalandırıla bilər?

 

İslaminSesi bildirir ki, bu barədə Milli Məclisin üzvü Çingiz Qənizadə mövzu barədə Modern.az-a açıqlama verib.

 

“Bu məsələdə Milli qəhrəmalarımızın ailə üzvləri haqlı olaraq zərərçəkmiş qismində çıxış edə bilərlər. Milli qəhrəmanlar tək ailə üzvləri üçün yox, bütün ölkə üçün əzizdir. Ruhları şad olsun. Onlar təhqir olunubsa, məhkəməyə müraciət edilməlidir.

 

Nəzərinizə çatdırım Azərbaycanda ümumiyyətlə belə bir gündəm olmayıb. Belə hesab edirəm ki, vətəninə, torpağına hörmət edən hər bir vətəndaş ölkəsinin adını həmişə uca tutmalıdır. Milli Qəhrəmanların da xatirəsinə hörmətlə yanaşmalıdır. Çox təəssüf ki, müasir dövrdə belə tək-tək insanlar var ki, Milli Qəhrəmanlara qarşı təhqiredici ifadələr işlədirlər. Hər bir halda belə məsələlərə çox  ciddi yanaşılmalıdır. Ən böyük istək isə ictimai qınaqdır. Düşünürəm ki, o insanlara ictimai qınağı gücləndirsək, daha yaxşı olar.  Mən o insanların bu millətdən olmağına şübhə edirəm”.

 

Çingiz Qənizadə qanunvericilikdə Milli qəhrəmanları təhqir edən insanlara  xüsusi bir cəzanın verilməsi ilə bağlı maddənin olmadığını bildirib:

 

“Çünki indiyə kimi belə bir hal baş verməmişdi. Biz hər birimiz bilirik ki, onların ruhları bizim üçün müqəddəsdir. Bir məsələni də bildirim ki, söhbət tək Milli qəhrəmanlarımızdan deyil, eyni zamanda vətən uğrunda öz fiziki sağlamlıqlarını itirən qazilərimizdən də gedir. Bu cür insanlara artıq-əksik söz deməyə heç kimin ixtiyarı yoxdur. Əksinə,  onların qarşısında hər birimiz baş əyməliyik. Təssüflər olsun ki, bu cür fərdlər hardansa maliyyələşir, hardansa istiqamətlənir. Bu ixtiyarı kimdən alırlar ki, belə sözlər işlədirlər, bilinmir”.

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər