ÖLKƏ

Hit : 251

Milli Məclisin ən stajlı DEPUTATLARI – onlar yenə namizəddirlər

Milli Məclisin ən stajlı DEPUTATLARI – onlar yenə namizəddirlər

14:38, 29.12.2019

Növbədənkənar parlament seçkiləri yaxınlaşdıqca deputatlığa namizədlərin siyahısı da hamının marağını cəlb edir. Namizədlər arasında ilk cəhdini edənlər də var, bir neçə dəfə seçilsə də, yenidən namizəd olanlar da.

 

Bəzi namizədlər var ki, nə az, nə çox, düz 5 dəfə Milli Məclisə keçirilmiş seçkilərdə qalib gələrək mandatı əldən verməyib. Hətta Ali Məclisdən bəri deputat olanlar belə var. Həmin deputatlar hazırda altıncı çağırış Milli Məclisin deputatı olmağa da iddialıdırlar.

 

İslaminSesi bildirir ki, Modern.az birinci, ikinci, üçüncü, dördüncü, beşinci çağırış Milli Məclisdə təmsil olunan və altıncı çağırış Milli Məclisə seçkilərdə də namizədliyini irəli sürmüş deputatların siyahısını təqdim edir:

 

Hadı Rəcəbli - 74 saylı Lənkəran-Masallı seçki dairəsi

Vasif Talıbov - 1 saylı Şərur-Sədərək seçki dairəsi

Fəzail Ağamalı - 60 Saylı Salyan-Neftçala  seçki dairəsi

Fəttah Heydərov - 116 saylı Qəbələ dairəsi

Ziyafət Əsgərov  - 76 saylı Lənkəran-Astara seçki dairəsi

Eldar İbrahimov - 4 saylı Naxçıvan şəhər seçki dairəsi

Madər Musayev – 10 saylı Binəqədi üçüncü seçki dairəsi

 

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər