İSLAM

Hit : 534

Məzlumun pənahı, zalimin qənimi olan qılınc - ZÜLFÜQAR (Araşdırma)

Məzlumun pənahı, zalimin qənimi olan qılınc - ZÜLFÜQAR (Araşdırma)

15:13, 06.11.2019

"Əlidən başqa igid, Zülfüqardan başqa qılınc yoxdur"

İslam tarixində Zulfiqar qılıncına dair xüsusi qeyd aparılmışdır. Bu qılınc ərəb və müsəlmanların yanında əzəmətli bir dəyərə və iftixara sahibdir. Bu qılınc islamın ilk çağlarında zülüm, küfr və cəhalətlə mübarizənin simvollarındandir.Təbii ki bu qılıncın əhəmiyyəti  onu gəzdirənin kimliyi ilə əlaqədardır. Zülüqarın necəliyi, haradan əldə olunması haqqında müxtəlif rəvayətlər nəql olunmuşdur. Biz burada qılınc haqqında qısa araşdırmamızı və onun haqqında qeyd olunan rəvayətləri sizin diqqətinizə catdırmağa çalışacağıq.

 

Zülfüqarın mənası.

 

Zülfüqar ərəb mənşəli sözdür, fəqərə sözündən götürülmüş,  onurğa sümüyü, yoxsulluq, qüsurluluq, məhrum olma kimi mənaları özündə əhatə edir. Tarixi mənbələrə diqqət etdikdə Zulfəqarın tam mənası "məhrumiyyət sahibi" deməkdir.

 

İmam Baqir (ə)-dan bu qılıncın zülfəqar adlanma səbəbi haqqında soruşdular. İmam cavab verdi: " Çünki, Allahın yaratdıqlarından birinə bu qılıncla zərbə endirdikdə o, bu dünyada ailə və zürriyyətindən, axirətdə isə cənnətdən məhrum edər. Beləki bu qılınc ayrılıq və məhrumiyyətə səbəb olar."

 

Lisanul Ərəbin müəllifi İbn Mənzur deyir: " Zulfiqar ə ( fəthə) və i ( kəsrə) saiti ilə olur. O məhrum edən bir qılıncdır. İnsanı yaraladığı zaman ona öz təsirini qoyar. Beləki artıq o məhrum olunmuşlardan olar.

 

İmam Sadiq (ə)-dan soruşdular : " Nə üçün " Zulfiqar" adlanır?  İmam buyurdu: Zulfiqar adlanmasında səbəb budur ki, onunla zərbətlənən dünyada həyatdan, axirətdə isə cənnətdən məhrum olar."

 

Digər rəvayətdə İmam Sadiq (ə)-dan belə qeyd olunur: "  İmam Əlinin (ə) qılıncı Zulfiqar adlanmışdır. Çünki onun ortasında, uzunluğuna bir xətt vardır. Onun bel sümüyünə oxşarlığı vardır. Halqası gümüşdən idi.”

 

Zülfüqarın yaranması və ələ keçməsi.

 

"İmam Rza (ə)-a nisbət verilən bir hədisdə nəql olunur ki,  Cəbrayıl onu səmadan gətirmişdir: "Cəbrayıl səmadan onu endirdi. Onun daş qaşları gümüşdən idi. O mənim yanımdadır.”

 

Başqa bir rəvayətdə Allah Rəsulundan belə nəql olunur:" Həqiqətən Allah Təbərakə və Təala Zulfiqarı mənə əta etdi və buyurdu : Ey Muhəmməd, götür onu və onu yer əhlinin xeyirlisinə əta et. Bu zaman mən dedim: Ya Rəbb, mənim xəlifəm ( canişinim) Əli ibn Əbu Talibi yer üzündə qoru.”

 

Böyük əs-Səddinin təfsirində qeyd olunur: "...Və dəmiri (imkan mərhələsindən vücud aləminə) nazil etdik. Onda insanlar üçün (müharibə və müdafiədə) möhkəm qüvvə və (digər) mənfəətlər vardır..." Hədid-25.

Təfsirdə ayədəki dəmirin, Muhəmməd peyğəmbər (s) üçün səmadan endirilən zulfiqara işarə edir. Həmçinin Əssəddi öz təfsirində ibn Abbasdan bu ayənin təfsirində belə qeyd edir:" Allah Adəmi cənnətdən zulfiqar qılıncı ilə birlikdə ebdirmişdir ".

 

Əllamə Məclisi "Biharul Ənvar" əsərində qeyd edir: Bu qılınc Adəm peyğəmbərə məxsusdur. O, cənnətdə ağaclardan birinin yarpaqlarından düzəldilmişdir. Adəm peyğəmbər cənnətdən endiyi zaman qılıncı özü ilə birlikdə götürmüşdü. Cin və şeytanlardan ibarət olan düşmənləri ilə bu qılıncla mübarizə aparmışdır. Bu qılınc bir mülk olaraq Adəm peyğəmbərdən sonra nəbi və rəsullara hətta Muhəmməd peyğəmbərə (s) çatanadək silsiləvi şəkildə ötürülmüşdür. Rəsulullah da onu öz əmisi oğlu Əli ibn Əbu Talibə hədiyyə etmişdir. Rəvayət olunur ki, qılıncın iti hissəsinin üzərində bir yazı var idi "peyğəmbərlər, bir peyğəmbər sonrakı peyğəmbərə, siddiqlər ( doğru olanlar, Quran ayəsində keçən bir ifadədir, təfsir alimləri imamlara işarə olunduğunu vurğulamışar) sonrakı siddiqlərə, Əmirəl Möminin Əli ibn Əbu Talib mirasını alanadək o qılıncla mübarizələrini davam etdirsinlər..." 

 

Şeyx Abbas Kəşful Ğita belə qeyd edir:" Bəzi rəvayətlərdə qeyd olunur ki, Cəbrayıl onu Bədr döyüşü günü və ya döyüşlərin birində endirdi."

 

Bəzi rəvayətlərdə də qeyd olunur ki, Allah onu atamız Adəm (ə) ilə birlikdə cənnətdən endirdi. Adəm cin və şeytanlardan ibarət olan düşmənləri ilə döyüşürdü. Onun üzərində bir yazı var idi " peyğəmbərlər, bir peyğəmbər sonrakı peyğəmbərə, siddiqlər ( doğru olanlar, Quran ayəsində keçən bir ifadədir, təfsir alimləri imamlara işarə olunduğunu vurğulamışar) sonrakı siddiqlərə, Əmirəl Möminin Əli ibn Əbu Talib mirasını alanadək o qılıncla mübarizələrini davam etdirsinlər..."

 

Rəylərdən biri də budur ki, Bədr döyüşündə İmam Əli (ə) İbn Həccacı öldürdükdən sonra  Zulfiqari ondan qənimət olaraq götürmüşdür.

 

Bəziləri isə bu döyüşün bəni Müstəliqə qəzvəsində baş tutduğunu qeyd edirlər. “Tacul Urus”un müəllifi qeyd edir ki, bu qılıncı Həccac ibn İlati Allahın Rəsuluna (s) hədiyyə etmiş, sonra Rəsulullah çevrilərək onu İmam Əliyə (ə) vermişdir.

 

Həmçinin çox az şöhrət tapmış rəvayətlərdə qeyd olunmuşdur ki, ərəb döyüşculərinin ən şucaətlilərindən biri kimi tanınan Əmr İbn Amir Qureyşi ilə mübarizə aparmaq üçün durduğu zaman Peyğəmbər qılıncı İmam Əliyə Əhzab döyüşündə vermişdir.

 

Həmçinin çıx az şöhrət tapmış rəvayətlərdə qeyd olunmuşdur ki ərəb döyüşculərinin ən şucaətlilərindən biri kimi tanınan Əmr İbn Amir Qureyşi ilə mübarizə aparmaq üçün durduğu zaman Peyğəmbər qılıncı İmam Əliyə Əhzab döyüşündə vermişdir.

Həmçinin əsərlərdə Züfüqar, Allah Rəsuluna (s) Musa peyğəmbərin əsasının nisbəti kimi olması da vurğulanır.

 

Zulfüqar İmamətin nişanələrindəndir.

 

Bəzi mənbələrdə qeyd olunur ki, Zulfiqar qılıncı İmam Əli dən sonra İmam Həsənə, sonra İmam Hüseynə və sonda İmam Hüccətə (ə.f) ötürülmüşdü. İndidə onun yanındadır.

 

İmam Sadiq və İmam Rzadan (ə) nəql olunur ki, Zulfiqar imamətin əlamətlərindəndir... Şeyx Səduq öz əsərində İmam Rzadan (ə) belə nəql edir:" Zulfiqar qılıncı imamətin əlamətlərindəndir". Yəni imamətin əlamət və sifətlərindən sayılır.

 

İmam Rza (ə) buyurub:" Allah Rəsulunun silahı olan Zulfiqar daima onun yanında olardı ."

 

Bəzi mənbələrdə qeyd olunmuşdur ki, Allahın Rəsulu (s) İmam Əliyə (ə) özünün sahib olduğu fəzilət zirehini geyindirniş,  Zulfiqar qılınıcı ona hədiyyə etmiş, özünün möhtərəm çalmasını ( baş örtüyünü) onun başına örtmuşdür. İbn Aşub öz Mənaqibində İmam Rza (ə)-dan qeyd edir ki, Zulfiqar İmam Mehdiyə (ə.f) çatacaq. O, zühurunun əlamətlərindəndir. Yəni qınından çıxarmaqla imamlığını.bildirəcək. Bu kəlam Ərəblərin dilində açıq və aşikardır: " Ey Allahın Vəlisi, Allahın adı ilə qalx, Allahın düşmənlərini Mənim( Allahın) adımdan  oldür.”

 

 

Zülfüqar mələklərin dili ilə.

 

ibn Məsud rəvayət edir: Səmanın mələkləri  döyüşlərin birində İmam Əlinin (ə) əzimliyindən təəccübə gəldilər, Cəbrayıl səmaya yüksəldiyi zaman " Zulfiqar kimi qılınc, Əli kimi bir gənc yoxdur" dediklərini eşitdi.

 

İmam Əli (ə) belə rəvayət olunur: Peyğəmbər (s) dedi: Səmada bunu nida edən Rizvan adlı mələk idi.

 

Şair deyir:

Cəbrayıl elanı car çəkən kəsdir,

Döyüş artıq alov tək qızışdı.

Zülfüqar dan başqa qılınc yoxdur, bunu bilsinlər,

Döyüşdə də Əlidən başqa bir gənc yox.

 

Zülfüqar əhli sünnənin nəzərində.

 

Əhli sünnənin Quran müfəssirləri kimi tanınan İbn Cərir Təbərinin " Cəmiul Bəyan" və Sələbinin " təfsirus sələbi" əsərində Hədid surəsinin 25 ayəsinin təfsirində belə qeyd olunur: "Zülfüqar qılıncı səmadan Adəm peyğəmbər ilə birlikdə endirilmişdir..." Bəzi təfsirçilər də " dəmirdən olan alətlər Adəm peyğəmbər ilə birlikdə endirildiyini" qeyd etmişlər.

 

Əhli Sünnə və Əhli Şiə müfəssirləri ayəyə belə bir aydınlıq gətirirlər:

 

"Qılıncın endirilməsi, ayənin kontekstinə daha uyğundur. Beləki  "möhkəm qüvvə" insanlara faydalı olmasıdır. Bu ona işarədir ki möhkəm qüvvə yəni kafirlərlə müharibədir. Ayənin sonrakı kəliməsinə deyilir:

" Həmçinin Allahın Ona və Onun peyğəmbərlərinə gizlində yardım edənləri tanıması  üçün.."-burada işarə olunan kömək " döyüş alətləri və onlardan olan qılıncdır. Möhkəm qüvvə və köməyə münasib və uyğun olanı qılıncdır. İynə kimi alətlərədə aid edilməsinin eybi yoxdur. Beləki ayə qalibiyyət və möhkəm qüvvə məqamını Allah məxsus olduğunu və onun yanında olduğunu vurğulayır. Deməli bu qılıncdan başqasına uyğun deyildi. Allahın sözundəki " insanlar üçün faydalılıqa" isə iynə kimi faydalı alətləri qeyd edə bilərik.”

 

Zülfüqarın əzəməti barədə İbn Cərir Təbərinin"Tarixul-Rəsul vəl-muluk" və İbn Hənbəlin " Fəzailus səhabə" əsərində belə qeyd olunur:

" Zulfiqar bədr döyüşündə Rəsulullahın qənimət götürdüyü bir qılıncdır. Sonra onu döyüşlərin birində Əli ibn Əbi Talibə hədiyyə etdi. Beləki müsəlmanların çoxu məğlubiyyətə məruz qaldığı zaman Rəsulullah müşriklərin qarşısında tək olaraq tərk edilmişdi. Peyğəmbər öz qılıncını Əliyə (ə) verir. İmam Əli (ə) kafirlərin qarşısına sədd çəkir və onları peyğəmbərdən uzaqlaşdırır. İmam (ə)  onları qətlə yetirir və çoxsunu yaralayır. Bu zaman Cəbrayıl səmadan nida etdi " Zülfüqar dan başqa bir qılınc, Əlidən başqa bir gənc yoxdur." 

 

Əhli Sünnə vəl-cəməətin alimlərindən sayılan Əbdurrəhman ibn Covzi "Mövduat" -da, ibn Kəsir isə " Əlbidayətu və Əlnihayət" əsərində bu hədisin zəif olduğunu vurğulayıblar

 

Zulfüqar Cəməl və Siffeyin  döyüşlərində.

 

Nəhcül Bəlağənin şərhində qeyd olunur:  Cəməl döyüşündə cəməl ordusunun üstünə hücum edərkən, Zulfiqar İmam Əlinin sağ əlində idi. İmam onların ortasına daxil olur və onlari zərbətləyərək irəliləyirdi. Onlar İmaın qarşısından əlindən qaçırdı. Yer qətlə yetirilmişlərin qanı ilə boyanmışdı. Siffeyin döyüşündə də zülfüqar üstündə idi.  

 

Tövhid kitabında qeyd olunmuşdur ki, İmam Əli xilafətə təyin olunduğu və beyət günü zülfüqarı üstündə gəzdirmiş, Peyğəmbərin minbərində oturmuş, Peyğəmbərin əmmaməsini taxmış, çarıqlarıni geyinmişdir.

 

Zülfüqarın siyasi motivləri.

 

Zülfüqar qilincınin ümumən müsəlman yanında etibarlı və mühüm siyasi bir simvolikliyi vardır. Şiələrin yanında isə digər məzhəblərdən daha çox əhəmiyyətə malikdir. Şiə məzhəbinin böyükləri qılınca yiyələnməyə daha çox səy edirdilər. Bu onların sayğılarından irəli gəlir. Çünki ona yiyələnməklə Rəsulullahdan (s) sonra imamların bu vəzifəyə yiyələnməsi ilə, imamların hökm və xilafətdə onların haqlarının olduğunu bəlli etmək istəyirdilər.

 

İslaminSesi.info

Elnur Əlioğlu

DİGƏR İSLAM XƏBƏRLƏRİ

bütün xəbərlər