ÖLKƏ

Hit : 79

Metronun “Xətai

Metronun “Xətai" stansiyası açıldı

13:57, 12.09.2019

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (ASC) "Şah İsmayıl Xətai" stansiyası təmirdən sonra istifadəyə verilib.

İslaminSesi - Modern.az xəbər verir ki, stansiya artıq bu gün səhər saatlarından sərnişinlərin istifadəsinədir.

Açılışda Prezident İlham əliyev də iştirak edib.

Xatırladaq ki, Bakı Metropoliteninin "Şah İsmayıl Xətai" stansiyası ötən il sentyabrın 27-də təmirə bağlanıb.

 

Təmir müddətində stansiyada istifadədə olan "LT-2" tipli 3 eskalator sökülərək əvəzinə Almaniyanın "Thyssen Krupp Fahrtreppe" şirkətinin "Viktoriya Tube" tipli 4 eskalatoru quraşdırılıb. Eskalatorların dəyişdirilməsi müddətində infrastrukturla bağlı digər təmir-bərpa, yenidənqurma işləri də görülüb, vestibülün əsaslı təmiri aparılıb.

 

"Burada divar və döşəmənin istismar müddətini başa vurmuş mərmər-qranit örtüyü sökülərək yenilənib, maili gedişin divarları və tavanı dövrün tələblərinə uyğun təmir olunub. Həmin müddət ərzində, həmçinin "Xətai" stansiyasının 2-ci baş yolunun və “Xətai-Cəfər Cabbarlı” mənzilinin 2-ci yolunun sağlamlaşdırılması, əsaslı təmiri və yenidən qurulması da başa çatıb.

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər