İDMAN

Hit : 785

Messi karyerasını bitirmək barədə açıqlama verib

Messi karyerasını bitirmək barədə açıqlama verib

09:36, 03.04.2018

"Barselona" və Argentina milli komandasının hücumçusu Lionel Messi peşəkar karyerasını sonlandırmaq barədə fikirləşməyə hələ hazır olmadığını açıqlayıb. İslaminSesi.info Lenta-ya istinadla xəbər verir ki, idmançının sözlərini AS nəql edir.

"Bu ən çətin məsələdir. Doğrudur, mən hələ bilmirəm vaxtıma nə qədər qalıb, amma ümid edirəm ki, çox qalıb! İstək və həvəs hər gün artır. Mənim hələ də yerinə yetirmək istədiyim hədəflərim var. Daha çox kubok, daha çox qol. İndi özümü çox yaxşı hiss edirəm və futbolu buraxmağa hazırlaşmıram. Bəlkə bu barədə düşünmək hələ çox tezdir, lakin bu gün bir gün gələcək", - Messi vurğulayıb.

 

Messi dünyanın ən yaxşı futbolçusuna layiq görülən "Qızıl top"-un beş qat qalibidir. O, Barselona ilə birlikdə İspaniyanın səkkiz dəfə çempionu, beş dəfə ispan Kubokunun sahibi, dörd dəfə isə Çempionlar Liqasının qalibi olub.

DİGƏR İDMAN XƏBƏRLƏRİ

bütün xəbərlər