ÖLKƏ

Hit : 31

Meriya Müsavata ”YOX” dedi - Partiya icazəsiz piket qərarı verdi

Meriya Müsavata ”YOX” dedi - Partiya icazəsiz piket qərarı verdi

20:17, 07.11.2019

Musavat Partiyasının noyabrın 12-də Bakı Şəhər İcra Hakimiyyətinin qarşısına təyin etdiyi aksiyaya "yox" cavabı verilib.

 

İslaminSesi Modern.az - a istinadən xəbər verir ki, bu barədə Musavat Partiyasının başqanı Arif Hacılı bildirib.


"Heç bir halda aksiyalarımıza icazə verilmir. Nəinki mitinqimizə, hətta piketimizə də icazə verilmir.
Niyə məhz, Müsavata, niyə hər hansı aksiyaya, niyə hətta piketə də icazə verilmir?
Məncə bu sualın cavabı qərəzsiz olan hər kəsə aydındır. Bundan daha artıq güzəştimiz mümkün deyil".


Arif Hacılı onu da deyib ki, noyabrın 12-də, Bakı Şəhər İcra Hakimiyyəti qarşısında "Konstitusiyaya əməl et", "Sərbəst toplaşma azadlığı təmin edilsin" və digər şüarlarla planlaşdırılan aksiyanı icazəsiz keçirməyə çalışacaqlar.

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər