SİYASƏT

Hit : 28

"Məni və ailəmi ölümlə təhdid edirlər" – Netanyahu

15:37, 01.06.2020

İsrail baş naziri Benyamin Netanyahu onun və ailəsinin ölümlə təhdid edildiyini bildirib.

İslaminSesi.info Alalam-ə istinadən xəbər verir ki, Netanyahu bu barədə özünün rəsmi “Tvitter” səhifəsində paylaşım edib.

 

O bu barədə polisə şikayət etdiyini də deyib:

“Bir neçə gün əvvəl məni və ailəmi öldürmək barədə silsilə təhdidlərlə bağlı polisə şikayət etdim.

Təəssüf ki, bu gün də məni və ailəmi öldürəcəyini söyləyən biri barədə şikayət etmək məcburiyyətində qaldım.”

 

Netanyahu təhdidin səbəbi barədə bir söz deməyib.

 

Xatırladaq ki, bundan bir müddət öncə də Netanyahu polisə bu barədə məlumat vermişdi. Onu evini yandırmaqla hədələmişdilər. Netanyahu sağçı fəal Haim Şadmi adlı bir gəncin onu təhdid etdiyini bildirmişdi.

 

DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

bütün xəbərlər