İSLAM

Hit : 156

Məhərrəm ayı bizə zalımı və məzlumu tanımağı öyrədir - 5-ci hissə.

Məhərrəm ayı bizə zalımı və məzlumu tanımağı öyrədir - 5-ci hissə.

16:14, 30.09.2019

"...Onlar (itaətsizlik və naşükürlük etməklə) Bizə zülm etmədilər, lakin özlərinə zülm edirdilər."-Bəqərə-57

 

Allah insanı ixtiyari varlıq olaraq yaratdı. İslam terminologiyası ilə desək insan muxtari fail olaraq yaradıldı. Allah insanı ətraf aləmi ilə tanış etməklə, ona əşyaların, heyvanların, həşəratların, bitkilərin ad və xüsusiyyətlərini bəyan elətdirdi. Zərərli və zərərsiz yeyəcək və içəcəklərlə tanış etdi. Aydınlıq və qaranlıq yollarını bəlli etdi. Bəlli və tanış etdikdən sonra insana xəbərdarlıq etdi. İnsanlara nurlu yolun bələdçisini peygəmbərləri təyin etdi. Qaranlıq yolun bələdçisi isə iblis oldu. Bu qaranlıq ərəb dilində zülm adlandırıldı. Zülmun ərəb dilində digər mənaları ədalətsizlik, insafsızlıq, əziyyət, zor gücü tətbiq etmək , kiminsə haqqına girmək, işgəncə vermək, haqsızlıq etmək və işgəncə etməkdir.

 

Mərhum İsfahani özünün Əl Mufradat əsərində zülmü üç qismə bölür:

 

1-İnsan və Allah arasında olan zülm. Bu zülmün ən böyüyü küfr, Allaha şərik qoşmaq və nifaqdir ( yəni- iki üzlülük, yalan və hiylədir). Allah Təala buyurur:"Və (yadına sal,) o zamanı ki, Loğman oğluna nəsihət edərkən ona dedi: «Ey mənim əziz oğlum, Allaha şərik qoşma, çünki şirk olduqca böyük bir zülmdür». Loğman-13

 

Şirk,  Allahın gördüyü işlərə, Allahın izn vermədiyi kəsləri şərik qoşmaqdır.( Təvəssül, İsa peyğəmbərin ölüləri diriltməsi, imamların şəfaətçi olması Allahın izn verdiyi şəxslərdir). İslam məktəblərində də müşrik sifətinə sahib olan kəsləri görmək olar. İslam Peyğəmbərinin (s) vəfatından sonra yaranmış "müşəbbihə, mucəssimə, əhli hədis kimiləri və bu təfəkkürdə qalan, Allahı cismləşdirən, Ona əl və ayağ kimi sifətlərin şamil edən cərəyanları göstərmək olar. Allah bunu Özünə qarşı olan ən böyük zülm adlandırır.

 

 

2-İnsanla digər bir insan arasındakı zülm. Allah Təala bu barədə buyurur: (Cəza və tənbeh) yol(u) yalnız insanlara zülm edən və yer üzündə haqsız yerə hökmranlıq və fəsad axtaran kəslərə qarşıdır (belələrinə qarşı açıqdır). Onlar üçün ağırılı bir əzab vardır." Şura -42.

 

İnsanların biri birinin haqqına girməsi, böhtan və iftira atması, ailə daxilində ərin qadına və uşaqlara zor gücü tətbiq etməsi, qadının ərinə qarşı itaətsizliyi, qonşunun haqqını qəsb edilməsi, valideyin haqqlarının kobud tapdanlması, məmurun öz vəzifəsindən sui istifadə etməsi, ictimai televiziya və xəbər portalların insanlara yalan informasiyaların ötürülməsi və ilaxırlar insanın insana etdiyi zülmdür.

 

"Hər bir pisliyin cəzası onun kimi bir pislikdir (öldürmək, kəsmək və yaralamağın cəzası eyni ilə özü kimidir və malın tələf edilməsi müqabilində onun əvəzi və ya maddi dəyəridir). Bununla belə əgər kimsə əfv etsə və (Allahla öz arasını və özü ilə tərəf müqabilinin arasını) düzəltsə onun mükafatı Allahın öhdəsinədir. Həqiqətən, O, zalımları (pislikdə başlayan tərəf olanları və cəzalandırmaqda həddi aşanları) sevmir." Şura-40

 

3-İnsanın öz nəfsinə ( yəni özünə) etdiyi zülm. Allah Təala buyurur:" ... Onlar dan bəzisi özlərinə zülm edər."- Fatir-32.

 

 

İnsanın özünə etdiyi zülmün özü də iki qismə bölünür.

1) Allaha və insanlara etdiyi zülmün əvəzinin alınması. Allaha şərik qoşan şəxs ləfzi olaraq qoşmuşdur. Lakin bu iftira və yalanın əvəzi insana ağrılı və acılı əzabın vasitəsi ilə verilir. Nəticədə insan özü özünə zülm etmişlərdən sayılır. İnsanların insankara etdiyi zülmün və ya pisliyin mütləq bir qarşılığı vardır. Allah Təala buyurur:" Və hər kim bir zərrə ağırlığında pis iş görmüşsə, onu görəcəkdir."- Zəlzələ-8

2) Tənbəllik, tüfeyli həyat tərzi, şərab və ya digər məst edicilərin qəbul edilməsi,  İlahi əmrlərə etinasızlıq və ilaxırlar insanın özünə etdiyi zülmdür. Səbəb olaraq bunu qeyd edək ki, bu sadalananların yolu qaranlıq yoldan keçir, qaranlıq yolun bələdçisi iblis olduğu üçün insanı getməli olduğu hədəfdən uzaqlaşdıracaq.

 

Məhərrəm ayı bizə Kərbəla vasitəsi ilə zalımı və məzlumu təqdim edir.

İlk olaraq İlahinin qanunları tapdaq altına atılır, bəşəriyyətin nicatı üçün göndərilən din yox olma təhlükəsi ilə üz üzə dayanır.

İkincisi bu dini gətirən banisinin nəvəsi, cənnət cavanlarının ağası, İslam peyğəmbərinin (s) canişini, dinin mühafizi İmam Hüseyn (ə) insanlar tərəfindən zülmə məruz qalır. Bu zülm can almaq, iftira, böhtan, İmam Hüseynin (ə) hədəfini yalanlamaq və ilaxirdan ibarət idi. Bu zülm hələ də İmam Hüseynin (ə) hədəf və məqsədini yalanlamaqla davam edir.

Kərbəla, zalıma məxsus sifətləri bəyan edir və qiyamət gününə kimi də edəcək. Bu bəyanat müəyyən islamı və qeyri islamı cərəyanlarının narahatçılığına səbəb olur. Tarix bizlərə Kərbəla hadisəsində  zalımların törətdikləri cinayətlərin müqabilində əslində özlərinin bu zülmün qurbanına çevrildiklərini göstərdi. Quran bu mətləbi belə anladır:

Onlar (itaətsizlik və naşükürlük etməklə) Bizə zülm etmədilər, lakin özlərinə zülm edirdilər."-Bəqərə-57

 

Bizlərin bu zümrə ardıcıllarından olamağımız üçün Allah Təala bizə xəbərdarlıq mesajını göndərib: "İman gətirib imanlarını zülmə qarışdırmayanlar üçün əmin-amanlıq vardır və onlar hidayət olunmuşlardır."- Ənam-82

 

İslaminSesi.info

Elnur Əli oğlu.

DİGƏR İSLAM XƏBƏRLƏRİ

bütün xəbərlər