DÜNYA

Hit : 26

Mayın 22-dən Gürcüstanda fövqəladə vəziyyət rejimi ləğv ediləcək

Mayın 22-dən Gürcüstanda fövqəladə vəziyyət rejimi ləğv ediləcək

16:17, 15.05.2020

Hakimiyyət pandemiya ilə bağlı bəzi məhdudiyyətlərin saxlanacağını bildirib.

İslaminSesi Ria Novosti-yə istinadla xəbər verir ki, Gürcüstanın Baş naziri Georgi Qaxariya, koronavirus infeksiyasının yayılması səbəbi ilə ölkədə tətbiq olunan fövqəladə vəziyyət rejiminin uzadılmayacağını açıqlayıb.

 

Fövqəladə vəziyyət Gürcüstanda mayın 22-dək qüvvədədir, bundan əvvəl bir neçə dəfə uzadılmışdır. Hazırda ölkədə aşkar olunan koronavirus hadisələrinin sayı 671-dir. Onların yarıdan çoxu müalicə olunmuş, 12 nəfər ölmüşdür.


"Qərar verdik ki, artıq fövqəladə vəziyyət rejiminin uzadılması xahişi ilə prezident Salome Zurabişviliyə müraciət etməyək", - RİA Novosti Qaxariyaya istinadən yazır.


Bununla belə Baş nazir etdi ki, fövqəladə vəziyyət rejiminin ləğvi heç də bütün məhdudiyyətlərin götürülməsi demək deyil.


Xatırladaq ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyası ilə yeni bir koronavirus infeksiyasının başlandığını elan etmişdi. ÜST-nin son məlumatına görə, dünyada 4.2 milyondan çox xəstəlik qeydə alınıb, 294 mindən çox insan həyatını itirib.

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər