MƏDƏNİYYƏT

Hit : 208

Masonların sələfləri Qərbin bəyənmədiyi  İslamdan nələri əxz etdi?..

Masonların sələfləri Qərbin bəyənmədiyi İslamdan nələri əxz etdi?..

12:19, 14.09.2019

Tampliyer cəngavərləri gigiyena və pəhrizkarlığı müsəlmanlardan öyrənib...

Sən demə, hazırda dünyaya meydan oxuyan “mason”, “illüminant” və s. kimi adlanan modern(!) super güclərin qədim nəsilləri və deməli, onların tərbiyə etdiyi, bu gün İslam ölkələrinə təkəbbür və istehza ilə yanaşan müasir(!) avropalı və amerikalılar da təmizkarlığı, gigiyenanı, eləcə də pəhriz saxlayaraq ağır çəki və xəstəliklərdən uzaq olmağı müsəlmanlardan öyrənib. Özü də bunu avropalı(!) alim, tibb elmləri doktoru sübut edib... 

 

Söhbət XII-XİV əsrlərdə Fransada və digər Avropa ölkələrində mövcud olmuş dini cəngavər ordenlərindən biri olan tampliyerlər, yaxud “məbəd cəngəvərləri”ndən gedir. Bir çox konspiroloq tədqiqatçılar bu günkü mason-filan adlanan gizli təşkilatların məhz tampliyerlərin inanc, fəlsəfə və proqramları əsasında formalaşdığını təsdiqləyir. Müasir Avropa və Amerika sivilizasiyasının mənəvi-ideoloji əsaslarını və deməli, moderrn(!) Qərb insanının həyat tərzinin, eləcə də həmin məkanlardakı dövlətlərin işğalçılıq xislətinin kökündə isə elə masonçuluq sistemi dayanır...


İslaminSesi - Moderator.az-ın xarici mediaya istinadla təqdim etdiyi aşağıdakı araşdırma-yazıda Qərbin bu gün super güclər tərəfindən aşağılanan və yox edilməyə çalışılan müsəlmanlardan çox şey əxz etdiyi təsdiqlənir.


“Avropalıların Orta əsr Xaç yürüşləri daha çox Yaxın Şərq əhalisinə qarşı qəddarlığı ilə tanınan Tampliyerlər ordeni ilə əlaqələndirilir. Lakin bu, tampliyerlərə gigiyena da daxil olmaqla müsəlmanlardan ən yaxşı şeyləri mənimsəmələrinə mane olmayıb.


1118-ci ildə meydana çıxmış tampliyerlərın ömür uzunluğu bu məşhur cəngavər ordenini əhatə edən bir çox sirlərdən biridir. Orta əsrlərdə orta ömrün 25-40 yaş arasında olduğunu nəzərə alsaq, tampliyerlərin 70 il yaşaması o dövr üçün olduqca qeyri-adidir...


Ordenin banisi Huqo de Peyn 66 yaşında vəfat edib. Onun nümunəsi tək deyil. Tampliyer cəngavərlərinin sonuncu magistri- ustadı olan Jak de Mole 70 yaşında diri-diri yandırılıb. Goffrua de Şarni 63 yaşında edam edilib. Uzun müddət tamplieyrlərın ömrü uzadan sehrli bir içki tapmaları haqqında şayiələr və fərziyyələr dolaşırdı. Ancaq əslində onların sirri çox sadə olmaqla düzgün qidalanma və gigiyena qaydalarından ibarət idi…


Bir neçə il öncə tanınmış İspaniya alimi, tibb elmləri doktoru Françesko Fransekki(Francesco Fransecchi) və tədqiqat qrupu tərəfindən aparılan bir araşdırma Tampliyer ordeninin sirrini açdı. Tədqiqatın nəticələri "Həzm orqanları və qaraciyər xəstəlikləri" (“Digestive and Liver Disease”) beynəlxalq elmi jurnalında dərc edilib.

 

Tampliyerlər rahiblərin, zahidlərin pəhrizini həddindən artıq dolmuş mədə ilə vəzifələrini yerinə yetirə bilməyən cəngavərin aktiv həyat tərzi ilə uyğunlaşdırıblar. Onlar çox yeməyin sağlamlıq problemlərinə yol açacağına inanırdılar. Tədqiqatçılar tampliyerlərin həyat tərzinin "Aralıq dənizi pəhrizinin sələfi" adlandırıla biləcəyini söyləyirlər. Cəngavərlər az ət (həftədə yalnız iki dəfə), çox sayda paxlalı bitkilər, balıq və təzə meyvələr yeyirdilər ki, bu da orqanizmin bağırsaq mikroflorasına müsbət təsir göstərir və ürək-damar xəstəlikləri ilə mübarizə aparmasına şərait yaradırdı. Françesko Francekki masonların sələflərinin ovu qadağan etdiyi və balıq istehlakına böyük əhəmiyyət verdiyini iddia edir. Bu səbəbdən tampliyerlər balıq yetişdirilməsi ilə də məşğul olurdu. Mason cəngavərlərin qida rasionunun digər bir dəyişməz tərkib hissəsi hazırda Aralıq dənizi region xalqlarının pəhrizi və bütövlükdə mədəniyyəti ilə əlaqəli olan zeytun yağı idi. Tampliyerlər bir antibakterial effekt əldə etmək üçün suyu portağal şirəsi ilə qarışdırırdı…


Tampliyerlər sərt bir pəhrizə əlavə olaraq təmizlik, gigiyena qaydalarına da ciddi riayət edirdi. Onların masasında nizam-intizama riayət edilirdi. Bütün yemək-içmək məkanı, xüsusən də süfrə həmişə təmiz olmalı idi. Tampliyerlər infeksiyaların yayılmasının qarşısını almaq üçün yeməkdən əvvəl əllərini yuyurdu. Cəngavərlər bu adəti onlara düşmən olan, lakin şəxsi gigiyenanın ən yüksək standartlarına riayət edən müsəlman(!) ərəblərdən əxz ediblər. Çünki İslam həm mənəvi, həm də fiziki təmizliyə xüsusi diqqət yetirir…


Rahib döyüşçülərin adətləri digər orta əsr adamlarının adətlərindən çox fərqli idi. O dövrdə hətta padşahlar sudan qorxur və tez-tez yuyunmaqdan çəkinirdilər. Çünki yanlış olaraq suyun guya dəridə məsamələr açacağına və onların vasitəsilə çirk və infeksiyaların bədənə nüfuz edəcəyinə inanırdılar. Gigiyena və pəhriz tampliyerlərin qeyri-adi uzunömürlülüyünün əsas izahlarındandır. İtalyan alimlərindən ibarət bir qrup aparılan araşdırmanın nəticəsi olaraq "əcdadlarımızın təcrübəsindən öyrənməliyik" deyir…”


P.S. Nə yazıqlar ki, bizlərin əksəriyyəti son onilliklərdə öz türk, müsəlman əcdadlarımızın adət-ənənələriylə zahirən maraqlansaq da, çoxumuz Qərb sivilizasiyanın, elə həmin mason-filanların təsiri altında dədə-babalarımızdan uzaqlaşmağa, rəhmətlik Mirzə Sabirin “harda müsəlman görürəm, qorxuram” kəlamını tərsinə anladığımızdan iyrənməyə belə, başlayırıq…

 

Tərcümə və şərh etdi: Sultan Laçın

DİGƏR MƏDƏNİYYƏT XƏBƏRLƏRİ

bütün xəbərlər