SİYASƏT

Hit : 54

Mansur Hadi uzun fasilədən sonra Cənub separatçıları ilə bir araya gəldi

Mansur Hadi uzun fasilədən sonra Cənub separatçıları ilə bir araya gəldi

22:29, 07.11.2019

Səudiyyə dəstəkli Yəmən müvəqqəti hökümətinin rəhbəri Mansur Hadi, BƏƏ dəstəkli separatçı Cənub Keçid Şurası rəhbəri general-mayor Aidrus əz-Zubaidi ilə 2 il yarımlıq fasilədən sonra ilk dəfə bir araya gəlib.

 

İslaminSesi.info bildirir ki, (SABA) Yəmən Xəbər Agentliyinin məlumatına görə Mansur Hadi bu məsələdə dəstək üçün Səudiyyəyə təşəkkürünü bildirib və Husiləri bitirmək üçün kolaisiya qardaşlarının artıq bir arada olmasının zamanının gəldiyini bildirib.

 

Öz növbəsində Aidrus əz-Zubaidi də bu görüş və ittifaqdan məmmun olduğunu, Mansur Hadi rəhbərliyi altında tam koordinasiya etmək və hədəflərə çatmaq üçün səy göstərəcəyini bildirib.

 

Xatırladaq ki, Səudiyyə dəstəkli Mansur Hadi Yəmənin cənub qərbinə, BƏƏ dəstəkli müstəqil ölkə olmaq istəyən separatçı Cənub Keçid Şurası isə paytaxt Ədən olmaqla ölkənin cənub bölgəsinə nəzarət edir.

 

 

 

 

DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

bütün xəbərlər