SİYASƏT

Hit : 111

Maduro dəstəyə görə Rusiyaya təşəkkür etdi

Maduro dəstəyə görə Rusiyaya təşəkkür etdi

14:34, 23.09.2019

Maduro Rusiyaya Venesuelanın suverenliyini dəstəklədiyinə görə təşəkkür etdi.

 

İslaminSesi.info  xəbər verir ki, "Rossiya-24" kanalına müsahibə verən Venesuela prezidenti Nikolas Maduro, Rusiyaya Venesuelanın suverenliyini dəstəklədiyinə görə təşəkkür etdiyini bildirib.

 

Maduro, “Rusiya qlobal liderliyi ilə Venesuelanın suverenlik hüququnu qətiyyətlə dəstəkləyir. Mən Rusiyaya və bütün Rusiya xalqına Venesuela xalqı ilə anlaşma və həmrəyliyinə görə təşəkkür edirəm” deyə xüsusi təşəkkürünü bildirib.

 

Xatırladaq ki, bu ilin 21 yanvar tarixindən Milli Məclisin sədri Xuan Quaido çevrilişə cəhd edərək özünü ölkənin müvəqqəti prezidenti elan etmişdi, lakin çevriliş uğursuz alınmişdı. Həmin vaxt Rusiya, Çin, Türkiyə və bir sıra digər ölkələr prezident Maduroya Venesuelanın qanuni prezidenti kimi dəstək verdiklərini bəyan etdilər.

DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

bütün xəbərlər