SİYASƏT

Hit : 90

Livanlı ruhani Qüds yepiskopuna qarşı edilən sui-qəsdi qınadı

Livanlı ruhani Qüds yepiskopuna qarşı edilən sui-qəsdi qınadı

09:38, 25.12.2019

Livan şiələrinin ali məclisinin rəisi bəyanat yayaraq Həzrət İsa Məsihin (ə) mövludu münasibəti ilə bütün xristianları təbrik edib və Allah-Taaladan Livan xalqı üçün sülh və sabitlik istəyib.

 

İslaminSesi-nin İQNA-ya istinadən verdiyi xəbərə görə, Livan şiələrinin ali məclisinin rəisi Şeyx Əbdüləmir Qəbəlan bəyaniyyə yayaraq Həzrət İsa Məsihin (ə) mövludu və Milad bayramı münasibəti ilə bütün xristianları təbrik edib və Allah-Taaladan Livan xalqı üçün sülh və sabitlik istəyib.

 

Höccətul-İslam vəl-müslimin Şeyx Əbdüləmir Qəbəlan bəyaniyyəsində Qüdsdəki Rum Ortodoks kilsəsinin yepiskopu Ətaullah Hənnanın siosnit rejimi tərəfindən terror edilməsi cəhdini məhkum edib.

 

Şeyx Əbdüləmir Qəbəlan Fələstində yaşayan müsəlman və xristianların birliyi və həmrəyliyinin zəruriliyini vurğulayaraq deyib: Sionist rejimi Ətaullah Hənnanı Fələstin müqavimətini dəstəklədiyi üçün ona təzyiq edirlər ki, öz mövqeyindən çəkilsin.  

 

Livan şiələrinin ali məclisinin rəisi bütün azadlıq sevər xalqlardan və beynəlxalq cəmiyyətlərdən Fələstin xalqının yanında olmalarını istəyib və Fələstin xalqına da öz vəhdət və möhkəmliklərini qorumağı tövsiyə edib.

DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

bütün xəbərlər