ÖLKƏ

Hit : 642

Lerikdə faciə: Ev uçub, ölən və yaralananlar var - YENİLƏNİB + FOTO

Lerikdə faciə: Ev uçub, ölən və yaralananlar var - YENİLƏNİB + FOTO

12:54, 07.03.2020

Lerik rayonunun Çayrud kəndində baş verən faciədə bir nəfər ölüb, üç nəfər yaralanıb.

Bu barədə Oxu.Az-a Lerik Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, sürüşmə nəticəsində evin üzərinə torpaq axını düşüb:

 

“Ərazidə torpaq sürüşməsi baş verib. Torpaq kütləsi Əlirzayevlər ailəsinə məxsus evin üzərinə düşüb. Nəticədə, ev yararsız vəziyyətə düşüb. Hadisə zamanı evdə Arif Əlirzayevdən başqa iki azyaşlı övladı və həyat yoldaşı olub.

Təəssüf ki, A.Əlirzayev hadisə nəticəsində vəfat edib. Həyat yoldaşı və uşaqları yüngül xəsarətlər alıb. Onların səhhətində ciddi problem yoxdur”.

Xatırladaq ki, Lerik Rayon İcra Hakimiyyətinin nümayəndələri hadisə yerinə yollanıb.

12:08

Lerikdə faciəli hadisə baş verib.

Oxu.Az xəbər verir ki, rayonun Çayrud kəndində torpaq sürüşməsi nəticəsində ev uçub.

Kənd sakini Arif Əlirzayevə məxsus olan ev dağılıb.

İlkin məlumata görə, ailə başçısı A.Əlirzayev vəfat edib.

Hadisə nəticəsində ailə üzvlərindən yaralananların olduğu bildirilir.

 

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər