ÖLKƏ

Hit : 166

Lənkəranda sərnişin avtobusu aşdı - Ölən və yaralananlar var

Lənkəranda sərnişin avtobusu aşdı - Ölən və yaralananlar var

21:40, 28.08.2019

Lənkəran rayonunda yol qəzası baş verib.

 

İslaminSesi Report-a istinadən xəbər verir ki, hadisə Bəleton kəndində qeydə alınıb. 

 

Qəzaya avtobusun əyləc sistemində yaranan nasazlığın səbəb olduğu bildirilir. Hadisə zamanı avtobus yoldan çıxaraq yüksəklikdən aşağı aşıb. 

 

Nəticədə sürücü hadisə yerində ölüb. İlkin məlumata görə 10-dan çox sərnişin xəsarət alıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilir. 

 

Faktla bağlı araşdırma aparılır.

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər