BÜTÜN YAZARLAR
Ilqar Kamil
İndi keçək əsas suala
12:47, 11.04.2016

Bilmək lazımdır ki, mən dəyişməyincə, sən dəyişməyincə, o dəyişməyincə, xalq dəyişməyəcək, xalqın dəyişməsi üçün mənlər, sənlər, onlar dəyişməlidir! Biz dəyişirikmi? Dəyişmirik!

Holokost Yəhudi soyqırımı, Almaniyanın faşizm dövründə təxminən 6 milyon nəfərin sistemli şəkildə öldürüldüyü iddia edilən qətliama verilən addır. Maraqqlısı budur ki, bir çox alimlər bunu israrla etmək istəsələr də Holokost haqda tarixi tədqiqata icazə verilmir, eyni zamanda demokratiyanın "gəhvarəsi" olan qərb dünyasında bunu inkar edənlərə qanunla cəza tətbiq olunur. Yəni, istəsən də bu soyqırım olub, istəməsən də. Öl, istə!

 

Yeri gəlmişkən, bütün məsuliyyətimlə deyirəm: dünyanın indiyə kimi çəkilən ən şedevr filmləri məhz Holkostu (birbaşa ya dolayısıyla) təbliğ edən filmlərdi. Misal üçün Roberto Benigninin “La vita è bella) “həyat gözəldir” filmi, Roman Polanskinin dünya şöhrətli pianoçu Vladislav Şpilman haqda çəkdiyi “Pianoçu” filmi, Brian Percivalın (The Book Thief) “kitab oğrusu” filmi və s. Yəni məsələ bu qədər həssaas və vacib məsələdir!


Buna bənzər ikinci bir iddia, qondarma Erməni soyqırımıdır. Guya ki, birinci dünya müharibəsi ərəfəsində Anadoluda yaşayan məzlum ermənilər sistemli şəkildə məhvə, soyqırıma məruz qalıblar. Beçara Türkiyə respublikası hadisələri sadəcə erməni-türk qarşıdurması kimi dəyərləndirib, bu haqda heç bir dövlət göstərişinin olmadığını irəli sürsə də əfsuslar olsun ki, bu gün dünyanın bəzi ölkələri soyqırımın varlığını qəbul ediblər.

 

Məqsədim Holokost ya Erməni soyqırımı haqda danışmaq, onların varlığını isbat ya inkar etmək deyil, o, tarixçilərin işidir. Mən sadəcə soruşmaq istəyirəm: sizcə nədir bunun sirri, millətlər niyə belə soyqırım uydurma çabasında? Nədir bu "soyqırım sevdası"nın əlahəzrət hikməti?!

 

Soyqırım iddialarının mühüm bir səbəbi də daxilə yönəli psixoloji səbəbdir. Necə? Baxın, sosioloqlara görə xalqları öz daxilində yumruq kimi birləşdirə, onları sıxlaşdıra, vahid bir toplum edə biləcək ən vacib məsələlərdən biri ümumi və müştərək bir dərdin, ortaq bir ağrının olmasıdır. Volter bu sözü Allahla bağlı demişdi, amma elə buna da şamil etmək olar:


"Əgər bir xalqın təqvimində qara günü, dərdli günü yoxdursa da onu uydurmaq lazımdır!"


Bu, onları birləşdirə bilmək üçün ən vacib amildir! Məsələn, bu gün bütün dünya erməniləri ciddi-ciddi inanıblar ki, haçansa kimlərsə bizi yer üzündən silmək istəyib və istəməkdədir. Və biz dünyanın ən məzlum, ən çarəsiz xalqıyıq, ona görə də, bizim bir olmamaq, parçalanmaq kimi bir şansımmız yoxdur!... Bu "taktika" öz töhfəsini veribmi? Verib əlbəttə! Hamıya aydındı ki, dünya çapında bu gün ən sıx, ən bir olan millətlərdən biri də məhz ermənilərdir!

 

İndi keçək əsas suala:

 

Uzaq və yaxın tarixində bu qədər qara günü, (istər soyqırım olsun, istər ərazilərinin işğal olunması faktı olsun) bu qədər əzablı günü, dərdi, səri olan bir millət olaraq bizi birləşməyə, sözün əsl mənasında bir olmağa qoymayan, mane olan səbəb(lər) nədir?! Axı ən çox əzilən biz, yaralanan biz, tapdanan biz, eyni zamanda ən çox parçalanan, bir-birinin ətini yeyən də biz, bəs niyə?

 

Sualım açıqdır, hər kəs öz cavabını özü üçün verə bilər, mənsə...

 

Siz əksər azərbaycanlılarımızla bu haqda söhbət edin, günahı kimdəsə başqa birində axtaracaqlar: bunu kimsə edib, 3-cü bir şəxs, görünməyən bir əl, başsız adam, nə bilim nə. Heç kim səbəbi özündə, özümüzdə axtarmayacaq əlbət. Təsəvvür edin, bir 500 nəfərlik tədbirdəsiniz, bu sualı ortaya atır, bir neçəsinə söz verirsiniz, hamısı eyni tonda (kimdənsə) gileylənəcək: bizim xalq belədi, elədi, belə deyil, elə ola bilmir və s. Ay dədəm, ay qardaşım, xalqı təşkil edən kimdi məgər, sən, mən, o, biz deyilik? Xalqı elə qınayacağıq ki, sanki o bizdən tamam ayrı, tamam fərqli bir şeydi, hətta kosmosdan gəlib. Məsələ budur. Heç kim günahı özündə axtarmır, amma hamı bir günahkar axtarır, hökmən!

 

Bilmək lazımdır ki, mən dəyişməyincə, sən dəyişməyincə, o dəyişməyincə, xalq dəyişməyəcək, xalqın dəyişməsi üçün mənlər, sənlər, onlar dəyişməlidir! Biz dəyişirikmi? Dəyişmirik!


Çünki...

 

Adam bir həftənin yorğunluğundan sonra bazar gününü evdə keçirməyə qərar verir. Əlinə qəzet alıb oxumağa başlayır ki, balaca oğlu qaça-qaça gəlir və gəzməyə nə vaxt çıxacaqlarını soruşur. Atanın oğluna vədi var imiş, bu bazar onu gəzməyə aparacaqmış. Yorğun ata indi evdən çıxmaq əhvalında olmadığı üçün bir şey uydurmağa çalışır. Elə bu vaxt gözünə qəzetin bir səhifəsində olan "dünyanın xəritəsi" dəyir. Ağlına əla fikir gəlir. Xəritəni qayçı ilə balaca hissələrə doğrayıb oğluna verir və deyir:

 

- Əgər bu xəritənin hissələrini birləşdirib xəritəni olduğu kimi düzəldə bilsən, səni gəzməyə aparacağam.

 

Öz-özünə fikirləşir ki, şükür, canım qurtardı, ən yaxşı coğrafiya müəllimi də gəlsə, bu xəritəni axşama qədər düzəldə bilməz. Ehh, sən saydığını say, gör fələk nə sayır. Aradan cəmi 5 dəqiqə keçir ki, oğlu qaça-qaça, həyəcanla gəlir: "Atacan, atacan, gəzməyə gedə bilərik, budeyy, xəritə hazırdı! Ata təbii ki, inanmır: "Necə yəni, gətir görüm hələ". Uşaq həvəslə xəritəni gətirib, atasnın önünə sərir. İlahi, gerçəkdən də xəritə hazırdı. Ata oğlunun alnından öpərək heyrət içində soruşur:

 

- İgidim, bunu necə etdin?

 

Uşaq gülümsəyərək cavab verir:

 

- Heç necə! Verdiyin xəritə olan qəzetin arxa üzündə, atacan, bir insan şəkli var idi. Mən sadəcə insanı düzəldim, beləcə dünya da düzəldi.


PS. Markus Zusakın “Kitab oğrusu” romanında yazdığı bu sualı oxuyun, gündəmi anlamaqda kömək edəcək:


- Səndən oğurlananı oğurlamaq. Ləzzət edir, düzdür?

YAZARIN DİGƏR YAZILARI