DÜNYA

Hit : 32

Korona aysberqin görünən tərəfidir -

Korona aysberqin görünən tərəfidir - "Yarasa qadın"

12:21, 27.05.2020

Koronavirus aysberqin görünən hissəsidir, dünya daha dəhşətli pandemiyalarla üzləşəcək.

İslaminSesi axar.az-a istinadən xəbər verir ki, bu sözləri yarasaların genetikası ilə bağlı araşdırmalar aparan çinli qadın Şi Zenqli deyib.

 

O, dünya hökumətlərinə müraciət edərək heyvanlardan insanlara keçən viruslarla bağlı araşdırmalar üçün daha çox vəsait ayrılmasını istəyib.


“Yarasa qadın” ləqəbi ilə tanınan alim dünya səhiyyəsinin zoonotik xəstəliklərə qarşı dərhal tədbirlər görməsinin zəruriliyini diqqətə çatdırıb:


“İnsanların gələcəkdə yoluxucu xəstəliklərdən qorunmasını istəyiriksə, təbiətdə vəhşi heyvanların daşıdığı virusları öyrənməliyik. Koronavirus ayberqin görünən tərəfidir. Onları araşdırmasaq, çox güman ki, başqa xəstəliklər ortaya çıxacaq”.

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər