DÜNYA

Hit : 47

Köpəkbalığını şillə-təpiklə döyməyə çalışan adam cəzalandırıldı - VİDEO

Köpəkbalığını şillə-təpiklə döyməyə çalışan adam cəzalandırıldı - VİDEO

14:59, 10.10.2019

Türkiyədə gəmi ilə balıq ovuna çıxan qrupun toruna 4 metr uzunluğunda köpəkbalığı düşüb.

İslaminSesi Türkiyə mətbuatına istinadla xəbər verir ki, Balıkəsir bölgəsində balıqçılar tora düşən 700 kiloqram, 4 metr uzunluğundakı balığa əziyyət veriblər. Gəmiyə bağlanmış köpəkbalığını təpikləyən gənc həmin anları sosial şəbəkə vasitəsilə paylaşıb. Heyvansevərlərin ağır tənqidinə məruz qalan balıqçılara Heyvanları Qoruma Qanunu əsasında dövlət tərəfindən cəza verilib. /Yeniavaz.com/

 

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər