DÜNYA

Hit : 73

Kim Çen hamama gedən məmuru güllələtdirdi - ŞOK SƏBƏB

Kim Çen hamama gedən məmuru güllələtdirdi - ŞOK SƏBƏB

11:34, 14.02.2020

Şimali Koreyada koronavirus şübhəsi ilə karantində saxlanılan Ticarət Nazirliyi əməkdaşının hamama getməsi onun edam edilməsinə səbəb olub.

Şimali Koreyada Ticarət Nazirliyinin işçilərindən biri dövlət başçısı Kim Çen ilə birlikdə Çinə səfər etdikdən sonra koronavirus şübhəsi ilə karantin altına alınıb. Karantində olmasına rəğmən, ümumi hamama getdiyi ortaya çıxan məmur yaxalandıqdan dərhal sonra güllələnərək edam edilib.

 

Şimali Koreyada indiyə qədər virus hadisəsi qeydə alınamamasına rəğmən, xüsusilə Çinlə həmsərhəd bölgələrdə virusa qarşı ciddi tədbirlər görülür. Hökumət işçiləri öz açıqlamalarında virusa qarşı mübarizə tədbirlərinə riayət etməyənlərin sərt şəkildə cəzalanacaqlarını bildiriblər.


Məmurun edam edilməsi barəsində məlumatı Cənubi Koreyanın Dong-A Ilbo nəşri yayıb. Şimali Koreyada bu barədə rəsmi açıqlama verilməyib. Nəşrin yazdığına görə, fevralın əvvəlindən bəri Şimali Koreyada ciddi karantin tədbirləri görülür. Kim Çen qayda pozucuları ilə “hərbi vəziyyət qanunları ilə davranmağı” tələb edib./Hurriyyet.org/

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər