İSLAM

Hit : 166

Kərbəla məhərrəm ayının 3-cü günü - Ömər Səd fitnəsi

Kərbəla məhərrəm ayının 3-cü günü - Ömər Səd fitnəsi

09:19, 03.09.2019

Rey şəhərinə hakimlik etmək Ömər Sədin ən böyük xəyalı idi.

 

İslaminSesi.info – Artıq bu gün məhərrəm ayının 3-cü günüdür. Məhərrəmin 2-ci günündə İmam Hüseyn (ə) Kərbəla adlı əraziyə daxil olur və orada dayanıb, qərərgah qurulması əmrini verir. Həmən gün İmam (ə), Hürr ibn Riyahinin dəstəsi ilə üz-üzə gəlir. Hürrə verilən əmr İmamın (ə) qarşısına keçib, Kufəyə tərəf gəlməsinə mane olmaq idi.

 

Məhərrəm ayının 3-cü günündə isə Ömər Səd böyük bir ordu ilə Kərbəlaya yetişir. Mənbələrdə Ömərin 4-9 min arası bir ordu ilə gəldiyi bildirilir.

 

Ömər Səd elə bir kəsdir ki, Kərbəla faciəsində onun adı ən öndə çəkilir. Çünki Kərbəlada olan Yezid qoşununa o başçılıq edirdi və bu faciənin ən qatı cinayətkarı hesab olunur.

 

Ömər Sədin ən böyük arzusu Rey şəhərinə hakim olmaq idi. İbn Ziyad da onun bu tamahından istifadə edib onu aldadır və bu hakimliyi ona vəd verərək Kərbəlaya yollayır.

 

Ömər Səd Kərbəlaya yetişdiyi gün İmamın (ə) gedəcəyi istiqamətdə qərargah quraraq  Kufə yolunu kəsir. İmam (ə), Ömərin gəlişini görüb Ürvə ibn Qeysi gəlişinin səbəbini öyrənmək üçün onun yanına göndərir.

 

Məhərrəmin 3-də Kərbəlaya 4 minlik ordu ilə gələn Ömər Sədin, artıq məhərrəmin 7-ə qədər tabeliyində 20min ordu vardı.

 

Həmçinin mənbələrdə, məhərrəmin 3-də, bu günkü gün İmamın (ə) Kufəlilərə məktub yazıb göndərdiyi də deyilir.

 

Yaşar Nuriyev

DİGƏR İSLAM XƏBƏRLƏRİ

bütün xəbərlər