İSLAM

Hit : 169

Kərbəla hədəflərinin ilkin təzahürü – Şəhidlərin qanının qılnca üstünlüyü

Kərbəla hədəflərinin ilkin təzahürü – Şəhidlərin qanının qılnca üstünlüyü

14:05, 14.09.2019

Məhərrəm ayının 13-dən artıq İmam Hüseynin (ə) qiyamının əks sədası özünü göstərməyə başladı. Bu müqəddəs işi Xanım Zeynəb (s) başlatdı. İbn Ziyad Xanımı cəzalandırmaq istədi. Bacarmadı. Bu artıq İmam Hüseyn (ə) hərəkatının ilkin rezonansı idi.

 

İmam Hüseyn (ə) bilirdi ki, özünün kiçik saylı dəstəsi ilə Yezidin böyük saylı ordusuna silahla qələbə çala bilməyəcək. Amma yenə döyüşdü. Demək hədəf silahlı qələbə deyildi. Hədəf İslam bayrağı altında xilafəti idarə edən zalım və əxlaqsız rejimin dayaqlarını silkələtmək idi və buna da nail oldu. İmamın (ə) şəhadətində sonra bu ağır yük Həzrəti Əlinin (ə) digər övladının çiyilərinə düşdü. Böyük dəyanət və əzəmət sahibi olan bu şəxs Həzrəti Zeynəb (ə) idi. Xanımın Kufədə və Şamda etdiyi sərt xütbələri sanki yatmış kütlənin üzünə bir “şillə” kimi dəydi.

 

Yezidin lənətlənmiş nümayəndəsi Ubeydullah ibni-Ziyadla həzrət Zeynəbin münazirəsi bu gündə baş tutub. Məhərrəmin 13-də Kufənin valisi Ubeydullah ibni Ziyad İmam Hüseynin (ə) əsir edilmiş Əhli-beytinin(ə) saraya gətirilməsini istədi. Əsirlər saraya gətirildilər. Ubeydullah İmam Hüseynin kəsilmiş mübarək başının da gətirilməsini tələb etdi.

 

İbn Ziyad Xanımı icitmək üçün dedi: Allaha sizin ailənizi necə rüsvay etdi!

 

Xanım: “Gözəllikdən başqa bir şey görmədim” buyurdu.

 

Bu məclisdə həzrət Zeynəb Ubeydullahı ey Mərcanənin oğlu deyə çağırdı. (Mərcanə Məkkənin pozğun qadınlarından biri idi.) Bu Ubeydullahı qəzəbləndirdi və həzrət Zeynəbi cəzalandırmaq istədi. Lakin saraydakı bəzi vəzirlər buna mane oldular. Bu həmin İmam Hüseyn (ə) hərakatının ilkin rezonansı idi. Artıq Xanımın dediyi “gözəllik” özünü göstərməyə başlamışdı.

 

Məhərrəm ayını 13-ü  günü  İmam Hüseynin (ə) Əhli-beyti Kufənin zindanına salındı.

 

Ubeydullah ibni Ziyad bu gündə Şama  İmam Hüseynin (ə) öldürülməsi ilə bağlı məktub yazaraq Yeziddən ənamını istədi.

 

Hz.Zeynəblə İbni-Ziyad sarayda münazirə edərkən Abdulah ibni Əfif də var idi. O Həzrət Əlinin yaxın yavərlərindən biri, Suffeyn və Cəməl döyüşlərində iştirak etmişdi. O döyüşlərdə gözlərinin itirmişdi. Ona görə ibadətlə məşğul olurdu. İbni Əfif Yezidin lənətlənmiş nümayəndəsinə etiraz etdi. O Ubeydullaha “yalançı sənsən ey Mərcanənin oğlu. Peyğəmbərin və oğlunun minbərində oturub onun balasını öldürürsən, ey yalançı və fırıldaqçı” dedi.

 

 Qəbiləsi Əfifi qorudu. Amma daha sonra Ubeydullahın məmurları Əfifin evinə basqın edib onu şəhadətə çatdırdılar.

 

Beləcə İmam Hüseyn (ə) hərəkatı ilk günlərdən Xanım Zeynəbin rəşadəti ilə hədəfə doğru yön aldı və Bəni Üməyyə artıq qorxmağa başladı. Sonralar baş verən qiyamlar, Bəni Üməyyənin süqutu və İmamın “Mənim kimilər Yezid kimilərə beyət etməz” kəlamının əbədi şüara çevirilməsi məhz bu hərəkatın inkar olunmaz  nəticəsi və təzahürüdür.

 

/İslaminSesi/

Yaşar Nuriyev

 

 

DİGƏR İSLAM XƏBƏRLƏRİ

bütün xəbərlər