DÜNYA

Hit : 18

Kazım Cəlali:

Kazım Cəlali: "ABŞ "acgöz maraqlarını" beynəlxalq hüquqdan üstün tutur"

14:18, 15.05.2020

İranın Rusiyadakı səfiri Kazım Cəlali ABŞ-ın öz tamahkar maraqlarına görə beynəlxalq qanunları pozduğunu bildirib.

Səfirin sözlərinə görə, Vaşinqton Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) müddəalarını pozaraq İrana silah embarqosu tətbiq etmək istəyib. 

 

İslaminSesi-nin məlumatına görə, Kazım Cəlali RİA Novosti-nin müxbirlərinə bildirib ki, ABŞ indi müəyyən məqsədlər üçün özünü JCPOA üzvü kimi təqdim etməyə çalışır, "lakin iki il əvvəl beynəlxalq sazişdən ayrıldığını unudub".


Cəlali bütün problemlərin Birləşmiş Ştatların JCPOA və BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməni pozduğuna görə mövcud olduğunu xatırladıb. Və əlavə edib ki, İran prezidenti Həsən Ruhaninin dediyi kimi, ABŞ sazişə qayıtmalı və öhdəliklərinin bir hissəsi olaraq bütün sanksiyaları aradan qaldırmalıdır.


Silah embarqosunun uzadılmasının mümkünlüyü ilə bağlı İranın reaksiyasına dair suala cavab verən Kazımi, Həsən Ruhaninin JCPOA-ya imza atan dövlət başçılarına göndərdiyi məktubda deyildiyi kimi, İranın reaksiyasının sərt olacağını vurğulayıb.

 

"İranın bir neçə variantı var, lakin bu məsələnin dinc və qanuni həllini axtarır", - deyə səfir bildirib.

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər