ÖLKƏ

Hit : 2089

Kasıb millət vəkillərimizin maaş dərdi

Kasıb millət vəkillərimizin maaş dərdi

13:15, 07.05.2018

Hər gün qiymətlərin misqal-misqal artdığı bu ölkədə orta aylıq əmək haqqının 450 manat, minimum əmək haqqının isə 130 manat təşkil etdiyi halda hazırkı deputat maaşı 2 min 200 manatdır.

İslaminSesi bildirir ki, rtıq uzun müddətdir ki, Azərbaycanda deputatların maaşı gündəmə çevrilir. Gəlin neft ölkəsində kasıblıq səviyyəsinə görə qonşu ölkələrdən də pis vəziyyətdə yaşayan millətin dərdindən daha çox öz maaşını müzakirə edən deputatlarımızın bunu istəməyə haqları olub-olmadığına baxaq. Hər gün qiymətlərin misqal-misqal artdığı bu ölkədə orta aylıq əmək haqqının 450 manat, minimum əmək haqqının isə 130 manat təşkil etdiyi halda hazırkı deputat maaşı  2 min 200 manatdır.

 

Bu müqayisəni  inkişaf etmiş ölkələrlə aparsaq qarşımızda belə mənzərə yaranar:Rusiyada bir deputat 5 min dollar maaş alır, amma adambaşına düşən milli gəlir 9 min dollardır. Eləcə də İsveç, Norveç və Danimarkada da vəziyyət bu cürdür. Yəni adambaşına düşən milli gəlir deputatın maaşından çoxdur. İnkişaf etmiş dövlətləri kənara qoysaq, elə keçmiş sovet respublikası olmuş Çexiya və Polşada da vəziyyət eynidir.

 

 

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər