DÜNYA

Hit : 684

Kanadanı heyran qoyan 70 yaşlı müsəlman qadının xeyirxahlığı -  VİDEO

Kanadanı heyran qoyan 70 yaşlı müsəlman qadının xeyirxahlığı - VİDEO

14:54, 28.02.2018

"Hər gecə bu sualı özümə verirəm: Bu gün mən kimə yardım edə bildim?"

İslaminSesi bildirir ki, Kanadanın Monreal şəhərində yaşayan bu müsəlman xanım saysız-hesabsız mükafatlara layiq görülüb. O özü bu barədə belə danışır: "Hər gecə bu sualı özümə verirəm: Bu gün mən kimə yardım edə bildim? Hər səhər yuxudan qalxanda: Bu günə kimə yardım edə bilərəm? -deyə düşünürəm". Sabarihan Husseyn 65 yaşından bəri xeyriyyə cəmiyyətlərində çalışır. 

 

"Siz bilirsiniz ki, mən artıq 70 yaşıma yaxınlaşıram. Mənim saatım çox irəliləyib.Vaxt limitim daralır və mən daha çox yaxşılıq etmək istəyirəm". O evsizlərə yemək hazırlamaqla məşğuldur. Qaçqınlara yardım edir. 

 

"Bütün bu yaxşılıqlarla yalnız bir niyyətim var. Onlara İslamın daha gözəl simaya malik olduğunu göstərmək istəyirəm". 

Sabarihan qaçqınlara yardım edən könüllülər şirkəti ilə əməkdaşlıq edir. Qonşuluqda yerləşən bir kilsə ilə əlaqə quraraq həftədə iki dəfə ehtiyaclılara yemək hazırlayır. 

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər