İSLAM

Hit : 144

“Kafirun” surəsini oxumağı tərk etməyin

“Kafirun” surəsini oxumağı tərk etməyin

10:29, 26.05.2020

Qurani Kərim elm, bilgi kitabı olmaqla yanaşı həm də insan ruhiyyəsinə, mənəviyyatıdna dərin təsir buraxan bərəkətli səmavi vəhydir.

Hər bir ayə və ya surənin özünə məxsus mesajı olmaqla yanaşı, xüsusi mənəvi çəkisi vardır.

Altı ayədən ibarət olan bu 109-cu surə Məkkədə nazil olan surələrdəndir.


بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيمِ
قُلْ يَا أَيُّهَا الْكَافِرُونَ {1} لَا أَعْبُدُ مَا تَعْبُدُونَ {2}
وَلَا أَنتُمْ عَابِدُونَ مَا أَعْبُدُ {3} وَلَا أَنَا عَابِدٌ مَّا عَبَدتُّمْ {4}
وَلَا أَنتُمْ عَابِدُونَ مَا أَعْبُدُ (5} لَكُمْ دِينُكُمْ وَلِيَ دِينِ (6)

 

Rəhman və Rahîm (olan) Allah'ın adıyla.


1) De: “Ey kafirlər!
2) Mən sizin ibadət etdiklərinizə ibadət etmərəm!
3) Siz də mənim ibadət etdiyimə ibadət etməzsiniz!
4) Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm!
5) Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz!
6) Sizin dininiz sizə, mənim dinim mənə!

 

İmam Sadiq (ə)-dan nəql olunan bir rəvayətdə bu surəni oxumağın savabının Quranın dörddə birini oxumağa bərabər olduğu bildirilir. Həmçinin buyrulur: “Əgər kimsə “Kafirun” və “Tövhid” surəsini vacib namazında oxuyarsa, Allah Təala onu, ata və anasını və nəslini bağışlayar, xoşbəxtlərdən olar, qiyamətə şəhidlər zümrəsində daxil olar.

(Məcməul-bəyan c-10. Səh-542)

 

Həmçinin İmam Sadiq (ə)-dan nəql edilən bir rəvayətdə qeyd edilir ki, kim bu surəni cümə gecəsində 100 dəfə tilavət etsə Həzrət peyğəmbəri (s) yuxuda görər.

(Al-misbah Kəfəmi 461)

 

Allah Rəsulundan (s) nəql edilən bir hədisdə buyurulur ki, kim “Kafirun” surəsini tilavət etsə şeytan ondan uzaqlaşar, o şəxs qiyamət cətinliyindən amanda olar.

(Səvabul-əmal 127)

 

Həmçinin peyğəmbər (s)-dan nəql olunan bir hədisdə buyrulur: Hər kim günəşin çıxdığı vaxt bu surəni 10 dəfə oxusa duası qəbul olar.

(Mustədrəkul-vəsail 6/371)

 

İslaminSesi.info

 

 

DİGƏR İSLAM XƏBƏRLƏRİ

bütün xəbərlər