DÜNYA

Hit : 17

İtaliya müsəlmanları koronavirusla mübarizə üçün yarım milyon avro topladı...

İtaliya müsəlmanları koronavirusla mübarizə üçün yarım milyon avro topladı...

10:26, 15.05.2020

Halbuki, son illərdə İtaliya hökuməti müsəlmanların məscidlərini də bağlayır, normal namaz qılmağa da şərait yaratmırdı...

İtaliyanın müsəlman icması koronavirus pandemiyasına qarşı mübarizəyə 500 min avro bağışlayıb. 

 

“Arabnews” nəşrinin verdiyi xəbərdə deyilir ki, İtaliya müsəlman icmasının nümayəndələri eyni zamanda mütəmadi olaraq ehtiyacı olanlara ərzaq yardımı edir.


“Hər gün yoxsulluq həddində olan insanlara kömək edir, onlara lazım olan bütün məhsulları çatdırırıq. Bu, bizim xeyriyyəçi töhfəmizdir"-deyə İtaliyanın İslami Birliklər İttifaqının prezidenti Yassin Lafram bildirib.


Bundan əlavə, karantin dövründə müsəlmanlar qan vermək üçün genişmiqyaslı aksiya keçirmiş və yerli xəstəxanalar üçün yüz min qoruyucu maska bağışlamışlar.


“İtaliyadakı müsəlmanlar bütün italyan ailələri ilə eyni çətinliklərlə üzləşirlər. Ancaq bütün çətinliklərə rəğmən icmamızdan səxavətli ianələr toplanır ”- deyə Yassin Lafram vurğulayıb.


P.S. Halbuki, son illərdə İtaliya hökuməti müsəlmanların məscidlərini də bağlayır, normal namaz qılmağa da şərait yaratmırdı...
/Moderator.az/

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər