DÜNYA

Hit : 61

İstanbulda film kimi oğurluq: Cibindən azərbaycanlının 10 minlik telefonu çıxdı - VİDEO

İstanbulda film kimi oğurluq: Cibindən azərbaycanlının 10 minlik telefonu çıxdı - VİDEO

10:17, 23.10.2019

İstanbulda baş verən oğurluq anı təhlükəsizlik kamerasına düşüb.

İslaminSesi xəbər verir ki, hadisə şəhərin Beyoğlu rayonunun İmrahor məhəlləsində qeydə alınıb. 

 

Məlumata görə, şübhəli şəxslər suriyalı ailəyə yaxınlaşıb və onların şəklini çəkməkdə kömək göstərəcəyini bildirib. 

 

Bu zaman şübhəli şəxslərlə əlbir olan doqquz yaşlı qız suriyalı cütlüyün çantasını götürərək aradan çıxıb. Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxslər azyaşlıları oğurluqla cəlb edərək, cinayət əməlləri törədiblər. 

 

Saxlanılan şəxslərdən birinin cibindən Azərbaycan vətəndaşına məxsus 10 min TL dəyərində (2900 manat) telefon aşkarlanıb. 

 

Araşdırmalar nəticəsində telefonun altı ay öncə azərbaycanlıdan oğurlandığı məlum olub və mal sahibinə qaytarılıb. 

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır./Oxu.az/ 

 

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər