DÜNYA

Hit : 1079

"İsrailə kömək! Terrora son!" ... Video Səudiyyə Ərəbistanında sensasiya doğurdu

15:48, 16.11.2019

Səudiyyəli bir gənc jurnalist İsrailə dəstək adı altında çağırış etdi.

 

İslaminSesi  arabic.sputniknews-a istinadən xəbər verir ki, səudiyyəli fəalin Fələstin-İsrail münasibətlərinin gərginləşdiyi, xüsusən də son 3 gündə İsrailin fələstinliləri durmadan bombaladığı bir vaxta sensasion bir görüntü yayıb.

 

Məhəmməd Səud adlı gənc, paytaxt ər-Riyaddan fələstinliləri terrorçu adlandıraraq insanları İsrailə yardıma çağırıb, sionist rejmi məzlum kimi təqdim edib:

 

 

 

“Mən hazırda ər-Riyaddayam.

Mən sizi terrorizmə qələbə çalmağa çağırırma.

Mən İsrail dövlətinə və xalqına dəstək verirəm.

Netanyahu hökümətini terrorçular üzərində qələbə çalmağa çağırıram.”

 

Fəal, sosial media və saytlarda mübahisə vəziyyətini yaradıb, Məhəmməd Səudun həbs edilib, hesaba çəkilməsini tələb edənlər də olub. Hətta bəziləri hazırkı rejmi belə qorxaqlıqda və ümmətə xəyanətdə ittiham edib: “Ümmətə, xalqına düşmənçilik dövrü... Yumşalma və əzilmə dövrü... Korluq və qorxaqlıq dövrü...” kimi şüarlar səsləndirilib:

 

 

Qeyd edək ki, Məhəmməd Səud səudiyyəli bir jurnalistdir. O yaxın ayların birində Səudiyyə, İraq, Bəhreyn və BƏƏ-nin media nümayəndələrindən ibarət heyətinin tərkibində İsrail Xarici İşlər Nazirliyinin dəvəti ilə Qüds şəhərində keçirilən bir konfransda iştirak etmək üçün həmin şəhərə (Qüds) gəlmişdi. Digər heyətlə birgə Qüdsə gəlməsinə baxmayaraq fələstinli gənc onu tanıyaraq heyət arasında onun qarşısına keçərək onun üzünə tüpürmüşdü. Məhəmməd Səudun qaşmasına baxmayaraq gənc qaçaraq hey onun üzünə tüpürməyə çalışırdı...

 

 

Məhəmməd Səud, İsrail baş naziri Benyamin Netanyahu ilə və xarici işlər naziri İsrail Katzla görüşlərini öz Tvitter səhifəsində paylaşaraq bu görüşdən qürur duyduğunu, israilliləri öz xalqına bənzətdiyini, öz ailəsi kimi hesab etdiyini bildirmişdi (avqust ayında):

"İsrail xalqı bizim kimidir, ailəm kimidir. Mən bu ölkəni sevirəm və xəyalım həmişə Qüdsü ziyarət etmək olub"

 

 

Qeyd edək ki, “İsrail bil-arabiyya” səhifəsi də 22 İyul 2019 tarixində səudiyyəli bir jurnalistin belə bir ifadələr işlətdiyini yazaraq paylaşım etmişdi: "İsrail xalqı bizim kimidir, ailəm kimidir. Mən bu ölkəni sevirəm və xəyalım həmişə Qüdsü ziyarət etmək olub" (eyni ilə)

 

 

 

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər